AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq | Banco.az

AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq

Azərbaycanda sığorta sektorunun inkişafının növbəti mərhələsində risk əsaslı nəzarət mexanizmlərinin tam tətbiqi əsas prioritetlərdən olacaq.

Banco.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) deyib.

    Onun sözlərinə görə, növbəti strateji dövrdə risk əsaslı nəzarət mexanizmlərinin tam formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində işlər davam etdiriləcək.

    Ə. Məmmədyarov qeyd edib ki, bu tədbirlər sığorta sektorunun dayanıqlığının artırılmasına, bazarda daha effektiv nəzarət sisteminin formalaşdırılmasına və iştirakçılar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edəcək.

    O əlavə edib ki, forum sığorta sektoru iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və qarşılıqlı maraqlara xidmət edən yeni təşəbbüslərin formalaşmasına töhfə verəcək.

    apa