VTB Bankdan kütləvi istehlakçılar üçün nəzərdə tutulmuş ipoteka proqramı | Banco.az

VTB Bankdan kütləvi istehlakçılar üçün nəzərdə tutulmuş ipoteka proqramı

Bu yeni məhsul – açıq bazar üçün ipoteka kreditləri, habelə bankın tərəfdaş tikinti şirkətlərindən mənzil almaq üçün təklif edilən kreditlərdir. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir. 

Qeyd edək ki, bir il əmək stajı olan və sonuncu iş yerində 6 aydan az olmayaraq işləmiş hər bir Azərbaycan vətəndaşı müvafiq proqram üzrə kredit əldə edə bilər. Lakin əgər borcalan fərdi sahibkardırsa, o zaman onun biznes fəaliyyətinin müddəti altı aydan az olmamalıdır.

Onu da xatırladaq ki, kreditin maksimal məbləği 100 000 manatdır, minimal ilkin ödəniş isə 25% təşkil edir. Bundan əlavə, illik faiz dərəcəsi 12%-dan başlayan kreditin müddəti 10 ildir.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksand Yeryomin: “Bank VTB (Azərbaycan) ASC-nin ipoteka proqramı müvafiq bazarda kütləvi istehlakçılar üçün nəzərdə tutulmuşdur.  Bizim apardığımız araşdırmalar göstərdi ki, bazarda daha yüksək məbləğlərdə kredit götürmək iqtidarında olan müştəri seqmenti var, amma bu çox da böyük deyil. Bunu nəzərə alaraq, biz kütləvi istehlakçıların marağını əsas götürərək kredit üzrə maksimal məbləği 100 min manat təyin etdik. İlkin ödəniş bizim məhsul üçün vacib şərtdir. Belə ki, bu müştərinin məsuliyyətini artırır və kredit ödənişi zamanı riskləri azaldır. Biz əminik ki, Bank VTB (Azərbaycan) ASC-nin ipoteka proqramı daşınmaz əmlak əldə etmək arzusunda olan ailələrə sevinc bəxş edəcəkdir”.