"Unibank" bank nümayəndələri üçün master-klass təşkil edib | Banco.az

"Unibank" bank nümayəndələri üçün master-klass təşkil edib

Dünya maliyyə bazarında baş verənlər Unibankın gündəmində

Nüfuzlu maliyyəçi professorun iştirakı ilə bank nümayəndələri üçün master-klass keçirildi.

Yeni virtual valyuta olan “Bitcoin” əməliyyatlarının gündəlik həcminə  görə artıq Western Union-u ötüb keçdiyini bilirdinizmi? Ancaq çoxları “Bitcoin”-in gələcəyini şübhə altına alır və onu hətta “siçan zəhəri” və “bəla” adlandırırlar. Bəs“Bitcoin”nədir? O  həqiqətənmi yeni nəsil valyutaya çevriləbilər? 

İspaniyadan dəvət olunmuş  İE Biznes Məktəbinin məşhur maliyyə professoru Rafael Martins de Lima Ferreira Azərbaycan banklarının  nümayəndələri üçün keçirdiyi master- klassda yeni virtual valyuta olan“Bitcoin”dən, onun gələcəyi və dünya iqtisadiyyatı üçün nəticələrindən danışıb. Məşhurprofessor “Bitcoin” əməliyyatlarının iş prinsipindən, getdikcə daha çox şirkətlərin yeni kriptovalyutanı qəbul etməsinin səbəblərindən və “Bitcoin”in imkanlarından söhbət açıb. İnteraktivkeçirilənsessiyada, maliyyəçiprofessor  tərəfindən  mövzu ilə bağlı suallar cavablandırılıb.

“UnibankAkademiya” departamenti tərəfindən Unibank-da təşkil edilən tədbirdə  digər bankların əməkdaşları, biznes sahibləri olmaqla  45-ə yaxın  nümayəndə iştirak edib.   

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İE Biznes Məktəbində 15 ilə yaxın dərs deyən iqtisadiyyat üzrə PhD elmlər doktoru və MBA dərəcəli professor Rafael Martins de Lima Ferreira, maliyyə bazarları, risklərin idarə edilməsi və maliyyə menecmenti sahələrində ixtisaslaşmış  mütəxəssisdir.

“UnibankAkademiya” departamentininrəhbəri Aygün Babazadə bildirib ki, Unibank novator bank olaraq, dünya maliyyə bazarında baş verən  tendensiyaları Azərbaycan bank sektorunda paylaşmaqda maraqlıdır. Elə keçirilən tədbirin məqsədi də budur. Bank tərəfindən gələcəkdə də bu cür maraqlı mövzuların tanınmış maliyyəçilərin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. 

“UnibankAkademiya” departamentininrəhbəriAygünBabazadəbildiribki, Unibank novator bank olaraq, dünya maliyyə bazarında baş verən  tendensiyaları Azərbaycan bank sektorunda paylaşmaqda maraqlıdır. Elə keçirilən tədbirin məqsədi də budur. Bank tərəfindən gələcəkdə də bu cür maraqlı mövzuların tanınmış maliyyəçilərin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. 

Ən sərfəli krediti almaq üçün müraciət et