PAŞA Bank “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsinə dəstək verdi | Banco.az

PAŞA Bank “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsinə dəstək verdi

PAŞA Bank dəstəyi ilə Quba və Lənkəran regionunda “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsinin təqdimatı keçirilmişdir

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə Lənkəran və Quba regionlarında  “JuniorAchievement Azərbaycan” (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə həyata keçirdiyi “Davamlı Müəssisənin İnkişaf Proqramı” (DMİP) layihəsinin təqdimatı keçirilmişdir.

Kiçik və orta müəssisələrin yaradılmasında maraqlı olan gənclərin və tələbələrin iştirak etdiyi təqdimatda proqram barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda gənclər tərəfindən idarə ediləcək kiçik və orta müəssisələrin yaradılmasını qarşısına məqsəd qoyan DMİP sahibkarlıq və biznes təlimləri vasitəsilə gəncləri belə müəssisələrin yaradılmasınaistiqamətləndirir. JAA ictimai birliyi bank və maliyyə təşkilatları ilə əməkdaşlıq edərək gənclərin idarə etdiyi müəssisələrə maliyyə xidmətlərinin göstərilməsinə yardım edir, biznes icmasını gənclərin idarə etdiyi müəssisələrin uğurları və çətinlikləri ilə tanış edərək, belə müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılmasına kömək göstərir.

Bildirilmişdir ki, DMİP layihəsi çərçivəsində “JAA” ictimai birliyi və “PAŞA Bank” ASC proqramdan faydalanacaq gənclərə biznesin yaradılması, qeydiyyatı, inkişafı, lisenziyanın alınması, vergilərin təyin edilməsi, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlər verəcək, kredit üçün banklara müraciət edilməsində onlara yardım göstərəcəkdir.

Təqdimat çərçivəsində iştirakçılara metodiki təlimat və bukletlər paylanmış, suallar cavablandırılmışdır. Təqdimatın sonunda iştirakçıların seçim prosesi baş tutmuşdur. Seçim prosesi ərizəçilərin fərdi müəssisənin fəaliyyətinə dair təcrübəsi, biznes ideyanın yenilikçi xüsusiyyətləri və proqramı bitirdikdən sonra planlaşdırılan şəxsi fəaliyyət planına əsaslanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et