NBC Bank 23 yaşını qeyd edir | Banco.az

NBC Bank 23 yaşını qeyd edir

Bu gün NBC Bank ailəsi öz 23 yaşını qeyd edir.

1992-ci il dekabr ayının 17-də yaradılan Bankımız fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycanın bank sektorunda etibarlı Bank imici formalaşdırmaqla yanaşı, davamlı olaraq inkişaf etməkdədir.

“NBC Bank” geniş çeşiddə istehlak və biznes kreditləri, depozit məhsulları, plastik kart məhsulları, pul köçürmələri eləcə də digər bank xidmətlərini göstərir. Fəaliyyətə başladığımız gündən, Biz müştəri məmnuniyyətinin artırılmasını öz prioritet istiqamətlərimizdən hesab edirik və yola saldığımız 2015-ci ildə də daha 2 filialımızı müştərilərimizin xidmətinə açmaqla fəaliyyət dairəmizi genişləndirməkdəyik. Bundan sonra da Bankımız müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et