“Maliyyə savadını artır – Gələcəyini planlaşdır!” | Banco.az

“Maliyyə savadını artır – Gələcəyini planlaşdır!”

“DəmirBank”ın  “Maliyyə savadını artır – Gələcəyini planlaşdır” mövzusunda təlimləri başa çatıb. Təlimlər bankın  regionlarda qadın müştərilərinin maliyyə biliyinin artırılması məqsədilə həyata keçirilib.

“DəmirBank”ın Tədris və İxtisasartırma şöbəsinin müdiri İradə Mikayılova bildirib ki, təlimlər Azərbaycanın bir çox regionlarında “DəmirBank” filiallarına müraciət edən və xidmətlərindən yararlanan potensial qadın müştərilər üçün gerçəkləşdirilib: “Təlimlərin Qusar, Xaçmaz, Göyçay, Zaqatala, Biləsuvar şəhərlərində keçirilməsinə baxmayaraq, Lənkəran, Masallı, Ağdaş, Şəmkir, Quba və Ucar rayonlarından olan qadın müştərilərimiz də təlimlərdə iştirak ediblər.”

İradə Mikayılova onu da vurğulayıb ki, “DəmirBank” 2015-ci ildə də əməkdaşları üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda silsilə təlimlərin keçirilməsini planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycanda “Maliyyə savadlılığının artırılması” layihəsi Polşa Mikromaliyyə Mərkəzi (MFC) və Azərbaycan Mikromaliyyə Assosiyasiyası (AMFA),  Avropa İttifaqı və “DəmirBank”ın maliyyə dəstəyi ilə həyata keçirilib.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et