Azərbaycanın böyük şəhərlərində artan müştəri kütləsinə bank xidmətləri göstərmək məqsədi ilə “Bank of Baku”-nun Sumqayıt şəhərində daha bir filialı fəaliyyətə başlayıb.”Yeni Sumqayıt” adlı filial “Bank of Baku”-nun Sumqayıt şəhərində sayca artıq ikinci filialıdır.Filialda istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, pul köçürmək, kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar. Filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, bank özünün filial şəbəkəsinin genişləndirilməsini yeni inkişaf strategiyası çərçivəsində həyata keçirir.”Sumqayıt şəhərində ikinci filialın açılışı barədə qərar qəbul edərkən biz ilk növbədə çoxsaylı müştərilərimizin arzularını əsas tutmuşuq. Sahəsi 320 kv. m. təşkil edən yeni filialımız ən müasir texnologiyalarla təchiz edilib və bütün növ bank məhsulu və xidmətləri təklif edir. Biz onlarla iş yerinin yaradılmasına verdiyimiz töhfədən qürur duyur və daha çox müştərinin dinamik inkişaf edən bankımızın xidmətlərindən faydalanacağından məmnunuq“. “Bank of Baku”-nun “Yeni Sumqayıt” filialı bazar ertəsi - şənbə saat 9:00-dan 17:00-a kimi müştərilərin xidmətindədir. Ünvan: N.Nərimanov küçəsi, 1-ci mikrorayon, 49B. “Bank of Baku”-nun ölkə boyunca filial şəbəskəsi barədə daha ətraflı burada: http://www.bankofbaku.com/az/network-of-offices/branches.html