Bank BTB-ın kollektivi qanvermə aksiyası keçirib | Banco.az

Bank BTB-ın kollektivi qanvermə aksiyası keçirib

Bank BTB Hematalogiya və Tranfuziologiya İnstitutu ilə birgə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qan vermə aksiyası keçirib.

Bunun üçün İnstitut tərəfindən göndərilən tibbi briqadaya bankın baş ofisində şərait yaradılmışdı.

Aksiyada bir çox əməkdaş iştirak edib. Hər bir donorun qanı virus və ya hər hansı bir xəstəliyə qarşı müayinə edilib.

Bank BTB-nin rəhbərliyi də aksiyada iştirak edərək əməkdaşları dəstəklədilər. Müşahidə şurasının sədri Rza Sadiq: “Belə növ tədbirlərin bank BTB-da keçirilməsinin  xeyirxah bir ənənəyə çevrilməsinin tərəfdaşıyıq. Ümid edirəm ki, bankın kollektivi bu cür aksiyalarda mütəmadi olaraq iştirak edəcək”- deyə bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bank “BTB” 2010–cu ildə təsis olunub və uiversal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofislə yanaşı 10 filialı və 20 bankomatı var. 

Ən sərfəli krediti almaq üçün müraciət et