“AtaBank” ASC və “Visa İnternational” beynəlxalq ödəniş sistemi ilə birgə təşkil edilmiş «Oturduğun yerdən Hədiyyə qazan» lotereyasının tirajı noyabr ayının 2-də keçirilmişdir. Lotereyada iştirak edən elektron biletlərin sayı 41677 ədəd təşkil edib.
Lotereyanın əsas mükafatı Chevrolet Aveo avtomobili idi. Bundan başqa, 10 ədəd Sony Experia Z smartfonu və hər biri 50 manat dəyərində olan 100 ədəd Hesab.az hədiyyə kartları oynanılıb.
İştirakçılar e-biletləri, Hesab.az portalında aparılmış online ödənişlər və əməliyyatlar sayəsində qazandıqları bonus xalları ilə əldə etmişdirlər. Baş mükafatı qazanmaq şansı əldə etmək üçün bir elektron biletin dəyəri 25 min bonus xal təşkil edib. 10 ədəd Sony Experia Z smartfonuna iddialı olan iştirakçılar bir e-bilet əldə etmək üçün 10 min xal toplamalı idilər.
Visa kartları vasitəsi ilə onlayn ödəniş həyata keçirərkən bonus xallarının sayını iki dəfə, AtaBank ASC-nin Visa kartları vasitəsi ilə əməliyyat apararkən isə dörd dəfə xal sayını artırmaq hüququ əldə edirdilər. Aksiyanın keçirildiyi dövrdə AtaBank ASC-dən Visa plastik kartlarını pulsuz əldə etmək mümkün idi.
Elektron püşkatma yolu ilə apardığı lotereya tirajının nəticələrinə əsasən 111 qalib müəyyənləşib. Baş mükafat - Chevrolet Aveo avtomobilini- 4126805 nömrəli biletin sahibi qazandı. 10 ədəd Sony Experia Z smartfonlarını isə: 2217233, 2625188,4734485, 4916076, 3817109, 7436721,9101991, 4577717, 3646617 və8193509 biletlərin sahibləri qazanıblar.
Mükafatların verilməsi noyabrın 15-dən başlanılacaq. Lotereyada oynanılan mükafatları “QoldenPey” şirkətinin ofisindən 3 (üç) ay ərzində əldə etmək mümkün olacaq.