Toğrul Babayev ilə müsahibə: Beynəlxalq sertifikatlar niyə vacibdir? | Banco.az

Toğrul Babayev ilə müsahibə: Beynəlxalq sertifikatlar niyə vacibdir?

Müsahibimiz: ACCA üzrə  təlimçi Toğrul Babayev

Gilan Holdingin FMCG portfeli üzrə “Maliyyə menecerinin köməkçisi” və Honours Academy-də ACCA üzrə aparıcı təlimçi olan Toğrul bəylə hal-hazırda Bakıda çöx gündəmdə olan beynəlxalq serfikatlar və ACCA imtahanları barədə danışdıq.

  • Mümkünsə özünüzü qısaca təqdim edin.

1990-cı il avqust ayının 23-də Naxçıvan MR Culfa rayon Kırna kəndində anadan olmuşam.

2007-2012-ci illərdə Qafqaz universitetində “Beynəlxaql iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2013-2014-cü illərdə isə Böyük Britaniyada yerləşən Qlazqo (Glasgow) universitetində “Beynəlxalq mühasibatlıq və maliyyə idarəetməsi” ixtisası üzrə magistratura təhsilimi tamamlamışam.

Profosiyonal kariyerama ilk olaraq Bakcell telekom şirkətinin korporativ strategiya şöbəsində “Biznes analitik” kimi başlamışam. Bundan əlavə 2 ilə yaxın KPMG Audit Azərbaycan şirkətində “Audit köməkçisi” vəzifəsində işləmişəm və hal-hazıra Gilan Holdingin FMCG portfelində“Maliyyə menecerinin köməkçisi” vəzifəsində kariyeramı davam etdirirəm.

  • Toğrul, xaricdə oxumağın verdiyi ən böyük üstünük nədir?

Xaricdə təhsil almağın verdiyi üstünlüklər danılmazdır. Bu üstünlüklərə praktiki nümunələrlə keçirilən dərs programlarından yararlanmaq, xarici dil səviyyəsinin yaxşılaşdırılması və ya yeni bir dilə yiyələnmək, muxtəlif ölkələrdən gələn tələbələrlə fikir mübadiləsi, fərqli mədəniyyətlərin öyrənilməsi və mənimsənilməsi, sərbəst fikir ifadə etmək və araşdırma aparmaq təcrübəsinin qazanılması, beynəlxalq şirkətlərdə təcrübə keçmək imkanını aid etmək olar. Mənim fikrimcə ən üstün tərəfi isə beynəlxalq standartlara uyğun və müasir dövrlə ayaqlaşan ixtisas biliklərinin  praktiki nümunələr əsasında dərindən mənimsənilməsidir.

  • Toğrul bəy, indi gənclər hansı universitetin məzunu olmasından asılı olmayaraq, istər yerli olsun, istər də xarici, beynəlxalq sertifikatlar almağa çalışır. Gerçəkdən bu sertifikatları önəmli edən nədir?

Günümüzdə beynəlxalq sertifikatların önəmi artmaqdadır. Bunu isə bir neçə amillə bağlamaq olar. Beynəlxalq sertifikatlar universitet təhsilindən fərqli olaraq daha çox real biznes şəraitindəki nümunələri, hadisələri əhatə edir və beləliklə insanları iş dünyasına hazırlayır. Sertifikatlar bütün dünyada tanınır və qəbul edilir. Bu sertifikatlara yiyələnən peşəkarlar dünyanın muxtəlif ölkələrində işləyə bilmək imkanı qazanır.

  • Nəyə görə ACCA sertifikatını almaq lazımdır? Daha doğrusu bu, ən çox kimə lazımdır?

ACCA sertifikatına sahib olmaq yerli iş bazarında mütəxəssislərin rəqabət qabliyyətini artırır və gələcəkdə yüksək vəzifə tutmalarında əsas rollardan birini oynayır. Əlavə olaraq beynəlxalq standarları mənimsəyərək, xaricdə işləmək şansını artırmaq üçün uğurlu bir addım sayılır. Gələcəkdə kariyerasını maliyyə, mühasibatlıq və audit sahəsində qurmaq və ya davam etdirmək istəyində olan hər bir kəsə bu sertifikatı almaq məqsədə uyğundur.

  • Həmçinin cəmiyyətdə belə bir fikir varki, gənclər oxuyub bu sertifikatı əldə etsələr də, Azərbaycanda o bilikləri tətbiq edə biləcəkləri şirkətlərin sayı çox azdır. Bu fikirlə razısınızmı?

Bu fikirlərlə bir neçə il əvvəl hardasa razı idim amma hal-hazırda ölkə daxilində gedən beynəlxalq inteqrasiya prosesləri bunun dəyişdiyini göstərir. Beynəlxalq standartların yerli şirkətlər tərəfindən tətbiq edilməsi, ölkədə kifayet qədər xarici şirkətlərin olması, xarici investorların və borcların cəlb edilməsi üçün tələb olunan standartlar və audit rəyləri, ixracat etmək üçün xarici partnyorlarin cəlb edilməsi zamanı standartlara keçid kimi məsələləri nəzərə alsaq beynəlxalq sertifikatın alınması zamanı əldə edilən biliklər iş mühitindədə tətbiq olunur.

  • Bəs, öz təcrübənizdə - öz işinizdə biliklərinizi tətbiq etmək imkanı olurmu?

ACCA imtahanını “böyük dördlük” kimi də qeyd olunan şirkətlərdən birində işləyərkən verməyə başladım və orda gördüyümüz işlərdə beynəlxalq standartların tətbiqinə geniş yer verilirdi.

  • Hər iki işinizi (Honors Academy-də təlimlər və Gilan Holding) çatdırmaqda çətinlik çəkmirsiniz?

Təlimlər iş saatlarında sonra və həftəsonları olduğu üçün çətinlik yaratmır.

  • Toğrul bəy, ACCA imtahanına hazırlıq neçə mərhələdən ibarətdir? Tələbələr nədən başlamalıdır?

ACCA kvalifikasiyası 14 imtahandan ibarətdir və bundan əlavə 3 il müvafiq sahələrdə (maliyyə, mühasibatlıq və audit) iş təcrübəsi tələb olunur. Mühasibatlıq biliyi az olanlar F 1 (Biznesdə mühasibatlıq) modulundan, məlumatlı olanlar isə günümüzdə şirkətlər tərəfindən daha çox tələb olunan F3 (Mühasibat uçotu) modulundan başlaya bilərlər.

  • Bu imtahana mühasibatlıqdan heç bir anlayış olmadan hazırlaşmağa başlamaq olar?

Bəli başlamaq mümkündür. ACCA imtahanlarından biri olan F1 (Biznesdə mühasibatlıq) modulu mühasibatlıq və biznes haqqında ilkin bilikləri əhatə edir və sertifikatı almağa bu imtahanı verərək başlamaq olar.

  • Siz özünüz ACCA dərəcəsini Bakıda olduğunuz müddətdə almısınız ya İngiltərədə?

ACCA imtahanlarına xaricdə təhsili bitirib Bakıya qayıtdıqdan sonra başlamışam

ACCA imtahanına hazırlaşarkən vaxtı düzgün bölmək və planlı şəkildə oxumaq vacib məsələdir. Əlavə olaraq praktiki nümunələrə üstünlük vermək və keçmiş sessiyalarda düşən sualları nəzərdən keçirmək imtahana hazırlıq üçün çox faydalıdır.

  • Imtahana kurslara getmədən sərbəst hazırlaşan gənclər üçün hansı onlayn resursları tövsiyə edə bilərsiniz?

Əslinə baxsaq başa düşməkdə çətinlik çəkənlər üçün kurslara getmək daha məqsədə uyğundur. Fərdi şəkildə hazırlaşmaq istəyən tələbələr isə BPP, Kaplan, LSBF kimi tədris materiallarını əldə edə bilərlər. Əlavə olaraq ACCA Global saytından və opentuition.com kimi online internet səhifələrindən faydalana bilərlər.

  • Müsahibə üçün təşəkkürlər,

ACCA imtahanlarına Toğrul müəllimlə birlikdə hazırlaşmaq istəyənlər Honours Academy-yə müraciət edə bilər. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et