Banco.az | Tezliklə

TuranBank Sərhəd Qoşunlarının əməkdaşlarını peşə bayramları münasibətilə kredit faizlərində 2% endirim edir!

Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə TuranBank 19, 20, 21  avqust tarixləri aralığında bu sahənin əməkdaşları üçün mövcud istehlak kreditlərinin illik faizlərində 2% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə 2%-lik endirimdən yararlanmaq mümkündür.

Sərhədçilər üçün kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Azərbaycanca

“Bank of Baku” Android və iPad üçün mobil əlavələrini işə saldı!

Müştərilərin bank məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin etmək məqsədilə “Bank of Baku” Android və iPad üçün mobil əlavələrini işə salıb. Artıq Android və iPad istifadəşiləri “Bank of Baku”-nun təqdim etdiyi məhsul və xidmətlərlə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

Azərbaycanca

Tətil sonu alış-verişinizi edin, ödəmələrinizi iki aylıq tətilə göndərin!

16 avqust – 8 sentybar tarixlərində bütün World Üzv Tcarət obyektlərində hissə-hissə alış-veriş et, ödəməyə 2 ay sonra başla.

Azərbaycanca

FINCA Georgia Received a Banking License

FINCA Georgia, now a former JSC MFO FINCA Georgia, received a commercial bank license on August 6, 2013. 

DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb

DəmirBank-ın “Məktəbli bazarlığı” güzəştli kredit aksiyası yeni tədris ilinə hazırlaşan məktəblilərə və tədarük görən valideynlərə dəstək məqsədi daşıyır.

Bu aksiya üzrə kreditin faiz dərəcəsi nağd pul krediti ilə müqayisədə 6% daha aşağıdır. Aksiya bu ilin 30 sentyabr tarixinədək davam edəcək. Övladı məktəbli olan valideynlər zaminsiz və girovsuz 1000 AZN-dək məbləğdə 12 ay müddətinə nağd pul krediti ala bilər.

Azərbaycanca

“Monex” təcili pul köçürmə sistemi beynəlxalq "MoneyPolo" sisteminə qoşuldu

“Monex” təcili pul köçürmə sisteminin "MoneyPolo" beynəlxalq pul köçürmə sisteminə qoşulma prosesi başa çatmışdır. Xatırladaq ki, “Monex” ilə "MoneyPolo" təcili pul köçürmə sistemləri arasında əməkdaşlıq haqqında müqavilə cari ilin mayın 30 -da imzalanıb.  
 
İki sistem arasında imzalanmış müqaviləyə əsasən inteqrasiya üçün texniki məsələlər tam həll olunmuş və “Monex” təcili pul köçürmə sistemi vasitəsilə müştərilər Böyük Britaniya, Çexiya Respublikası və Monqolustana pul göndərə bilərlər.
 
Azərbaycanca

Gürcüstanın “Bank Constanta” bankı “Monex” təcili pul köçürmə sisteminə qoşuldu

Gürcüstan bankı olan “Bank Constanta”nın “Monex” təcili pul köçürmə sisteminə qoşulma prosesi başa çatmışdır. Qeyd edək ki, “Bank Constanta” ilə “Monex” təcili pul köçürmə sistemi arasında əməkdaşlıq haqqında müqavilə cari ilin iyun ayında imzalanıb. 
 
İmzalanmış müqaviləyə əsasən əməkdaşlıq üçün texniki məsələlər tam həll olunub. Belə ki, “Monex” təcili pul köçürmə sistemindən istifadə edən müştərilər “Bank Constanta”nın  Gürcüstan ərazisində fəaliyyət göstərən 40 filial və şöbələrinə təcili pul göndərə bilərlər.
 
Azərbaycanca

Kapital Bank istehlak kreditləşdirməni sadələşdirdi

“Kаpitаl Bаnk” ASC istehlak kreditləşməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Bir müddət əvvəl bazara təqdim olunan “Gündəlik tələbat kreditləri” növü üzrə əməliyyat prosedurları xeyli sadələşdirilib. Fiziki şəxslərə nağd pul formasında verilən bu krediti almaq indi daha da asan olub. 07.08.2013-cü il tarixində bir iş günü ərzində Kapital Bankın filiallarında 487 nəfər borcalana ümumilikdə 1 061 140 manat məbləğində kredit verilib. 

Azərbaycanca

Kapital Bank 7 ayı mənfəətlə başa vurub

1 avqust 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1065.9 milyon manat, kredit portfeli 761.6 milyon manat, aktivlərdə kredit portfelinin həcmi 71,4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində müşahidə edilən azalma iri həcmli layihələr üzrə verilmiş kreditlərin ödənilməsi ilə bağlıdır. 

Azərbaycanca

Bank Technique İnternet Bankçılıq xidmətinin yeni versiyası istifadəyə verdi

“Bank Technique” müştərilərinin ixtiyarında olan İnternet Bankçılıq xidməti daha təkmil və müasir oldu.

İnternet Bankçılıq xidmətinin yeni interfeysi və daha rahat iş sxemi hesablarınızın idarə olunmasını sadələşdirdi.

Menyuda göstərilmiş xidmətlər siyahısına Şablon və Rekurent ödənişləri əlavə edildi.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »