Müəllif:Mehin Qasımova,Banco.az
Avropa enerji bazarlarında diqqət yenidən təbii qazın qiymətlərinə yönəlib.
Banco.az xəbər verir ki, Yaxın Şərqdəki münaqişələrin yenidən şiddətlənməsi, Avropanın enerji təchizatı üçün vacib olan Fars körfəzindən mayeləşdirilmiş təbii qazın (LNG) daşınması ilə bağlı narahatlıqları artırıb.
Təbii qaz saxlama səviyyəsinin aşağı olması da qiymətlərə yuxarı təzyiqi artırıb.
Avropada təbii qazın qiymətləri üçün etalon hesab edilən Niderlandda yerləşən TTF şirkəti oktyabr ayı üçün fyuçers müqavilələrini cümə günü meqavat/saat üçün 66,97 avrodan bağlanıb.
31 avqust 2026-cı il, saat 11:34-ə olan məlumata görə, təbii qazın qiyməti əvvəlki bağlanış qiyməti ilə müqayisədə 4,4 faiz artaraq 69,90 avroya çatıb.
Nəticədə, Avropada təbii qazın qiyməti 69 avrodan yuxarı qalxaraq 2023-cü ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb.
Qiymət artımı Yaxın Şərqdə yenidən başlayan münaqişə və Fars körfəzindən mayeləşdirilmiş təbii qaz ixracında potensial fasilələrlə bağlı narahatlıqlar səbəbindən baş verir.
