Azərbaycana 428 ədəd avtobus idxal edilib | Banco.az

Azərbaycana 428 ədəd avtobus idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyul aylarında 428 ədəd avtobus idxal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 38 milyon 456 min dollar və ya 2,5 dəfə artıb. 

Belə ki, 428 ədəd avtobusa görə ölkədən 63 milyon 709 min ABŞ dolları valyuta çıxıb. 

Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2025-ci ilin eyni dövrünə nisbətdə 123 ədəd artıb. 2025-ci ilin ilk 7 ayında 305 ədəd avtobus idxal edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram