Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 998,758 mln. manat həcmində vəsait ödəyib.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu həcmin 124,503 mln. manatı avqust ayının payına düşür.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 998,758 mln. manat həcmində vəsait ödəyib.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu həcmin 124,503 mln. manatı avqust ayının payına düşür.
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır.
Bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb. Cari ilin iyul ayında maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30,4 min nəfər təşkil edib. Banco.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, may ayında isə bu göstərici 33,8 min nəfər olub.
İngiltərə banklarında hesab açmaq, formal prosedurlar baxımından kifayət qədər sadədir. Lakin çoxsaylı qalmaqallar, reyulyatorlar tərəfindən tətbiq edilən iri məbləğli cərimələrdən sonra, ingilis bankarı öz müştəri “cərgələrinin təmizliyinə” olduqca ciddi yanaşırlar və əgər müştəri onlara şübhəli gələrsə hesab açmaqdan imtina edə bilərlər.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Bankdan (AMB) kredit alması üçün hökumətin qərarı var və bu istiqamətdə işlər davam etdirilir. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
Büdcə gəlirlərinin formalaşması üçün neftin qiymətinin real həddə götürülməsi çox vacibdir. Hər il növbəti ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bu məsələ gündəmə gəlir. Ötən ildən başlayaraq dünya bazarlarında neftin 2 dəfədən çox ucuzlaşması onun büdcədəki qiymətinə diqqəti daha da artıb.
"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan əldə olunan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır"
2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.
Beynəlxalq Hesablaşmalar Bankının (BHB) rüblük məruzəsində aralarında Braziliya, Türkiyə və Çinin də yer aldığı bəzi ölkələrin bank sistemində böhran ehtimalı olduğu bildirilib.
Sentyabrın 10-da Azərbaycan Sığortaçılar Assosasiyasının təşkilatçılılığı ilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən21 aktuarinin iştirakı ilə görüş keçirilib.
Expressbank müştərilərin rahatlığıni artırmaq məqsədilə yeni xidmətlər təqdim edir. Bankın mövcud müştəriləri öz ID şifrələrini (Müştəri kodu) öyrənmək üçün Banka bildirdiyi mobil nömrədən“ID” yazıb 8132qısa nömrəsinə SMS göndərə bilərlər. İndiyədək bu şifrəni filialdan və ya 132 nömrəsinə zəng vurmaqla əldə etmək mümkün idi.