Bu gün 24 İyul Kapital Bankın fəaliyyətə başlamasının 140-cı ildönümüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi kimi, Kapital Bankın ilk xidmət məntəqəsi 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi.
Bu gün Kapital Bankın yaranma günüdür