Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,42 dollar və yaxud 0,83% bahalaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,14 dollara bərabər olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,42 dollar və yaxud 0,83% bahalaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,14 dollara bərabər olub.
ABA Rəyasət Heyətinin avqust ayında keçirilən iclasında əsas müzakirə mövzularından biri Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi olmuşdur. İclas zamanı Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ÖKB-nin yaradılması ilə əlaqədar görülmüş hazırlıq işləri, büronun təklif olunan strukturu, büdcəsi, təklif olunan xarici tərəfdaş və bu sahədə beynəlxaq təcrübə ilə bağlı təqdimat etmiş və iclas iştirakçılarının suallarını cavablandırmışlar.
Əmanətlərin Sığortalanması Fondu lisenziyazı ləğv edilmiş “Parabank” ASC və “Dekabank” ASC-yə qarşı tələbləri qeydə almağa başlayıb.
Fonddan verilən məlumata görə, banka qarşı tələblər avqustun 27-dən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edib.
Azərbaycan Mərkəzi Bankı 29 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.6280 manat təşkil edir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 222,1 mln. manat pul ödənilib.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.
Vergilər Nazirliyi “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş vergininin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsinə”, “Muzdlu işlə əlaqədar ödəmə mən
"Turanbank" ASC-nin Proseslərin idarə edilməsi Departamentinə direktor təyin edilib. "Report" xəbər verir ki, indiyə qədər vakant olan bu vəzifəyə Anar Əsədli gətirilib.Xatırladaq ki, "Turanbank" 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 002 466 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 082 manat olan 46 213 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) aktuari şəhadətnaməsinin alınması üçün attestasiya keçirilib. Bu barədə "Report"a Palatadan bildirilib.