Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Banco.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,32% artaraq bir barelə görə 49,42 dollar olub.
Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Banco.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,32% artaraq bir barelə görə 49,42 dollar olub.
Artıq 12 ildir ki, NIKOIL | BankSahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq edir. SKMF-nun xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində Bank tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib.
Azərbaycan Mərkəzi Bankı 30 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 30-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6280 manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 30.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6280 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, avqustun 29-da USD/AZN rəsmi məzənnəsi 1,6280 səviyyəsində olub.
Azərbaycanda son günlər nağd dollar satışının məhdudlaşması bu növ valyutada krediti olanların ödəniş etməsində çətinliklər yaradıb. Bunu "Report"a açıqlamasında "İnkişaf üçün Maliyyə" bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyev deyib.
Ən qənaətcil və uğurlu alış-veriş edənlər, endirimlərdən faydalanan insanlardır.
Azər Türk Bankın "Səyahət həyəcanı" kampaniyasının qalibləri məlum olub. Müsabiqənin nəticələrinə görə, Bankın ödəniş kartları vasitəsilə ən çox sayda əməliyyat aparmış müştərilər arasından Namiq Aydın oğlu Hüseynov, Leyla Vaqif qızı Hüseynova və Şaiq Səfər oğlu Əliyev qalib adını qazanaraq Türkiyənin Bodrum şəhərində bir həftəlik istirahət imkanı qazanıblar. Qaliblərin seçilməsi zamanı ödəniş kartları ilə edilmişəməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınıb.
Kapital Bank BirKart-ın Facebook səhifəsində “Birincilərin oyunu” adlı müsabiqə keçirir. Müsabiqənin şərtlərinə görə iştirakçılar səhifədəki oyunu oynayaraq (www.facebook.com/birkart.az/app/282528445452625/), xallar toplayıb, həftənin qalibi olub, qiymətli hədiyyələr əldə edə biləcəklər.
Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub. Banco.az verilən məlumata görə, bu barədə "Report"a Nazirlikdən bildirilib.
Dünya Bankı Azərbaycanda maliyyə inteqrasiyası layihəsi əsasında əhalinin 51%-nin borc almaq istəmədiyini, borcalanların isə borcu qeyri-formal üsullarla əldə etmək istədiyini qeyd edib. "Report"un İsveçrədəki müxbirinin Dünya Bankının Azərbaycanda əhalinin maliyyə savadlılığı hesabatına istinadən verdiyi xəbərə görə, araşdırma İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması layihəsi çərçivəsində aparılıb.