Banco.az Fins.az-a istinadən Azərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da ABŞ dolları və avronun alış-satış qiymətlərini təqdim edir:


Dollar və avronun alış-satış qiymətləri
Banco.az Fins.az-a istinadən Azərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da ABŞ dolları və avronun alış-satış qiymətlərini təqdim edir:


Bakı, 23avqust 2016-cı il. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş yeni proqramın həyata keçirilməsi elan edir. Layihənin əsas məqsədi jurnalistlər xüsusi hazırlanmış təlim proqramı vasitəsilə milli mətbuata peşəkar bilik və səriştənin artırılmasında dəstək göstərməkdir.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,02 dollar və yaxud 1,99% ucuzlaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,29 dollara bərabər olub.
"Maye Qaz Xidməti" ASC ləğv olunur. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, şirkətin ləğv edilməsi ilə əlaqədar onun Milli Depozit Mərkəzi tərəfindən qeydə alınmış, hər birinin nominal dəyəri 2 manat olan 7 885 səhmi (15 770 manatlıq) silinərək dövriyyədən çıxarılır.
Azərbaycan Mərkəzi Bankı 23 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.6204 manat təşkil edir.
Ölkənin ən texnoloji banklarından olan Unibank, öz məhsul və xidmətlərində növbəti yeniliklər etməyə hazırlaşır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 23.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6204 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, avqustun 22-də USD/AZN rəsmi məzənnəsi 1.6204 səviyyəsində olub.
Dolların rəsmi məzənnəsinin qalxması ilə bağlı olaraq, banklar da alış və satış kursunu qaldırırlar. Günün birinci yarısında 1 dolları 1,68 manata cəmi bir bank alırdısa (Nikoil Bank) günün ikinci yarısında onların sayı 3-ə çatıb.
“Henley and Partners” şirkəti “Viza məhdudiyyətləri 2016” adlı illik qlobal reytinq cədvəli tərtin edib.
Banco.az Modern.az-a istinadən xəbər verir ki, reytinqdə xarici ölkələrə vizasız səfər etməyə imkan verən ölkələrin adları yer alıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat təşkil edib.
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub.