Expressbank-ınSmileCard taksit kartı ilə müxtəlif uşaq əyləncə mərkəzlərində, mağazalarda və digər yerlərdə alış-veriş edib, xərclənən məbləği 6 və ya 12 aya ödəmək olar.
Expressbank-ın SmileCard-ı ilə uşaqları sevindirin


Expressbank-ınSmileCard taksit kartı ilə müxtəlif uşaq əyləncə mərkəzlərində, mağazalarda və digər yerlərdə alış-veriş edib, xərclənən məbləği 6 və ya 12 aya ödəmək olar.
1 iyun Uşaqların Beynəlxalq Müdafiə günündə uşaq evində qayğıya ehtiyacı olan uşaqları sevindirmək istəyirsinizsə, Unibank-ın ALBALI PLUS (ALBALI) kart sahibləri üçün Ali&Nino kitab mağazası ilə birgə keçirdiyi aksiya sizin arzunuzu reallaşdıracaq.
Xəbər verdiyimiz kimi, Expressbank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirir. Müsabiqənin I mərhələsi sona çatıb və II mərhələyə start verilib.
Bank BTB qısa müddət ərzində mühüm nailiyyətlər əldə edərək stabil inkişaf nümayiş etdirmişdir. Bunun nəticəsi olaraq bank, Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov 27 ünvanında yerləşən yeni Baş Ofisinə köçmüşdür.
27 may 2015-ci il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.
Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənmiş, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilmişdir.
“DəmirBank” 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Bankın rəsmi “Facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə görə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərləmüsabiqədə iştirak edə bilərlər.
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsinin qaliblərini mükafatlandırıb. Müsabiqədə üç yerin qalibi olan şagirdlərə gündəlik dərs şəraitində istifadə oluna bilən elektron avadanlıqlar, digər fərqlənən şagirdlərə isə “FINCA Azerbaijan” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Xəbər verdiyimiz kimi Expressbank ZolotayaKorona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirir. Aksiyanın növbəti qalibləri müəyyən olunub. Expressbank-ın müştəriləri planşet və smartfon qazanıblar.