Bildiyimiz kimi, hazırki zamanda mənzil almaq hamı üçün problemli məsələyə çevrilib. Mənzil bazarında olan qiymətlər orta səviyyədə əmək haqqı alan şəxslər üçün də əlçatan deyil. Lakin, bir çox şəxslərin, xüsusilə də yeni ailə quranların yeni mənzilə ehtiyacı var. Bu zaman isə ipoteka kreditləri insanların köməyinə çatır. Xüsusən də, dövlət xətti ilə verilən ipoteka kreditləri menzil almaq üçün daha sərfəlidir.
İpoteka Fondundan aldığımız məlumata görə hal-hazırda güzəştli ipoteka kreditlərinin verilməsi dayandırılıb. Lakin adi (standard) ipoteka kreditlərinin verilməsi davam edir.
Hansı banklardan ipoteka krediti əldə etmək olar, bilmək istəyirsinizsə aşağıdakı cədvəldən tanış ola bilərsiniz. TAM SİYAHI belədir:
Bank |
İlkin Faiz dərəcəsi (ilkin ödəniş) |
İllik faiz dərəcəsi |
Müddət (il) |
Məbləğ (manat) |
Xalq Bank |
30% |
8% |
25 |
150 000 |
Turanbank |
30% |
7% |
25 |
150 000 |
Paşa Bank |
30% |
8% |
30 |
100 000 |
Muğanbank1 |
20% |
7% |
25 |
150 000 |
Kapital Bank |
30% |
8% |
3 - 25 |
100 000 |
AG Bank |
30% |
8% |
25 |
100 000 |
Unibank |
20% |
8% |
25 |
150 000 |
Rabitəbank2 |
30% |
7-8% |
25 |
150 000 |
Bank BTB |
20% |
8% |
25 |
150 000 |
Beynəlxalq Bank |
20% |
7% |
25 |
150 000 |
NBC Bank |
15% |
7% |
25 |
150000 |
Bank Avrasiya |
20% |
6,5% |
25 |
150 000 |
Yapı Kredi Bank |
30% |
8% |
25 |
150 000 |
AFB Bank |
30% |
8% |
25 |
100 000 |
Bank Silk Way |
25% |
8% |
25 |
100 000 |
Bank Respublika |
25% |
8% |
3-30 |
5 000 – 150 000 |
Azər Türk Bank |
25% |
8% |
25 |
15 0000 |
Expressbank |
20% |
7% |
3-30 |
150 000 |
Nikoil Bank3 |
15% |
7-8% |
25 |
150 000 |
VTB Bank |
20% |
7% |
25 |
150 000 |
- Qeyd edək ki, Muğanbank yalnız "Kristal Abşeron"a məxsus mənzil əldə edən şəxslərə ipoteka krediti ayırır.
- Əgər siz, əmək haqqınızı Rabitəbank-ın əmək haqqı kartları vasitəsi ilə alırsınızsa və ya sizin çalışdığınız müəssisə Rabitəbank-ın xüsusi siyahısına daxildirsə, o zaman Rabitəbank-dan 7% illik faiz dərəcəsi ilə ipoteka krediti götürə bilərsiniz.
- Əgər Nikoil Bank-dan ipoteka götürərkən məbləğin 20%-i həcmində ilkin ödəniş edirsinizsə, ipoteka kreditiniz illik 7% dərəcəsi ilə, məbləğin 15%-i həcmində ilkin ödəniş edirsinizsə illik 8% faiz dərəcəsi ilə rəsmiləşdirilir.
İlkin ödəniş - Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən az olmamalıdır.