17 iyun 2015-ci il tarixində Tibb işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirə DəmirBank da dəstək olmuşdur. Tədbir zamanı ölkəmizin müxtəlif klinikalarında çalışan tibb işçiləri, klinika rəhbərləri iştirak etmişdir. Tədbir iştirakçılarına müxtəlif mövzularda faydalı təlimlər keçirilmiş, həmçinin çoxillik təcrübəyə malik həkimlərə Azərbaycanın fəxri fərmanları və təşəkkürnamələr təqdim edilmişdir.
DəmirBank tibb işçilərinin peşə bayramını təbrik etdi

