Çin Mərkəzi Bankı (ÇMB) avqustun 13-də, ardıcıl olaraq üçüncü gün milli valyutanın devalvasiyasını həyata keçirib. Bu gün ÇMB yuanı daha 1,1% ucuzlaşdırıb. Bununla da, dolların məzənnəsi 6,401 yuan səviyyəsinə yüksəlib.
Banco.az "Report"a istinadən verdiyi xəbərə görə, ÇMB-nin bugünkü qərarı ilə yuan son üç gündə toplam olaraq 4,6% devalvasiyaya məruz qalıb.