Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə iyul ayına aid hesabatında, “Bank of Baku” bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala əsasən, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb. İyul ayında “Bank of Baku”-nun plastik kartları ilə 281.714 sayda nağdsız əməliyyat həyata keçirilib. Hesabat ayına olan məlumata görə, “Bank of Baku”-ya məxsus kartların toplam sayı isə 306. 390 təşkil edir.
“Bank of Baku”nağdsız ödənişlər üzrə yenidən lider bank oldu!

