“Bank of Baku” Azərbaycanın tanınmış şirkət və müəssisələrinin təmsil olunduğu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına üzv olub. Üzvlük barədə xüsusi diplom “Bank of Baku”-nun İdarə Heyəti Sədrinin müşaviri Səttar Əliyevə təqdim edilib. Diplom Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tərəfindən imzalanıb.
“Bank of Baku” Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına üzv oldu!

