Banco.az | Tezliklə

Asiya İnkişaf Bankı Ekspert axtarışındadır

Asiya İnkişaf Bankı (ADB) “Asiya İnkişaf Proqnozu-2016-2018/Asiya İnkişaf Proqnozu-2017 (Sublayihə 2): Mərkəzi Asiya” (Asian Development Outlook 2016-2018 - Asian Development Outlook 2017 (Subproject 2) – Central Asia) layihəsi çərçivəsində “fərdi konsultant seçimi” metodu ilə beynəlxalq ekspert axtarır. 

Azərbaycanca

Mərkəzi Bank depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən verilən məlumata görə, noyabrın 7-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Azərbaycanca

Mərkəzi Bank depozitlərin müddətini 2 dəfə azaltdı

Azərbaycan Mərkəzi Bankı (AMB) hərrac yolu ilə cəlb etdiyi depozitlərin müddətini 28 gündən 14 günə endirib.

Azərbaycanca

Yapı Kredi Bank Azərbaycan-dan 7/24 online məsləhətçi xidməti

Azərbaycanca

Yapı Kredi Bank Azərbaycan özünün rəsmi internet səhifəsində - www.yapikredi.com.az-da ard arda yeniliklər etməyə davam edir. Bank müştərilərinin rahatlığını düşünərək, onlara daha yeni xidmət təklif edir. Belə ki, müştərilər bankın veb səhifəsinə - www.yapikredi.com.az-a daxil olmaqla online məsləhətçi xidmətindən istifadə edə bilərlər.

Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib

Türkiyədə ABŞ dollarının məzənnəsi noyabrın 3-nə nisbətən 1,3% artaraq yeni tarixi maksimal həddə - 3,15 TRY/USD-yə çatıb. 

Azərbaycanca

SOCAR istiqrazlarının alış qiyməti artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini daha 2 dollar artırıb. 

Məlumata görə, hazırda SOCAR istiqrazları 1 012 dollardan alınır. İstiqrazların satış qiyməti isə 1 025 dollar olaraq qalıb.

Azərbaycanca

SECO: Azərbaycanla əməkdaşlığımız 2020-ci ilədək davam edəcək

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanla əməkdaşlığa dair 2017-2020-ci illəri əhatə edən strategiya hazırlayıb. Bu barədə SECO-nun nümayəndəsi Simona Haberli məlumat verib.

Azərbaycanca

Rüfət Aslanlı: "Bazarda yalnız özəl bankların olmasının tərəfdarıyıq"

"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması ilə bağlı Maliyyə Nazirliyi ilə sıx təmasdadır". Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Azərbaycanca

Rüfət Aslanlı: "Hər hansı bankın bağlanması gündəmdə deyil"

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) gündəliyində bir və ya bir neçə bankın bağlanması kimi məsələlər yoxdur. Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Azərbaycanca

Palata sədri: "Maliyyə sektoru ilə bağlı qeyri-formal Məşvərət Şurası var"

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın kommersiya bankları və sığorta şirkətlərinin problemlərini müzakirə etmək üçün qeyri-formal Məşvərət Şurası fəaliyyət göstərir. Bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »