Bank BTB cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, 30 sentyabr tarixinə bankın aktivləri 237 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.08 % artım deməkdir.
Bank BTB surətlə böyüyür


Bank BTB cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, 30 sentyabr tarixinə bankın aktivləri 237 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.08 % artım deməkdir.
İndiyə qədər Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 51 ölkə ilə saziş imzalayıb və bunlardan 47-si artıq qüvvəyə minib. Bu barədə vergilər nazirinin müşaviri Riyad Hüseynov məlumat verib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 581,0 mln. kVt/saat elektrik və 129,2 min Qkal istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib.
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 15 noyabr tarixinə vergi borcu olduğuna görə 727 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) növbəti dəfə ABŞ dollarının rəsmi məzənnəsini artıraraq 6,8592 yuan səviyyəsində təsdiqləyib. "TASS" agentliyinə istinadən verilən xəbərə görə, bu məzənnə 19 avqust 2008-ci ildən etibarən ən maksimal hədd sayılır. Xatırladaq ki, Çin yuanı ardıcıl 9 gün dollarla müqayisədə enməyə davam edir. ÇXB belə bir valyuta siyasəti mexanizmini ən son 2015-ci ilin dekabr ayında tətbiq edib.
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 87,8%-i hasilatın, 12,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 3,3 mln. ton olub.
Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, neft məhsullarının istehlakı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.
"Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənməyə çalışacaq".
Bunu Bakıda keçirilən "Infrastructure, Power & Renewable Energy Investment Conference"də çıxış edən Aİ-nin Azərbaycan üzrə rəhbəri Malena Mard deyib.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının dəyər ifadəsində istehsal həcmi 2 216,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,4% azalıb.
İndiyə qədər Avropa Komissiyası TRACECA (Europa-Cuacasus-Asia) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 85 layihənin icrasına 185 mln. avro həcmində vəsait ayırıb. Bunu Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən TRACECA-nın baş direktoru Mirça Çiopraqa (Mircea Ciopraga) deyib.