ING Group Fireland Capital-ın vasitəçiliyi ilə Unibanka 15 milyon ABŞ dolları həcmində kredit ayırıb. Vəsait Azərbaycanda biznesin inkişafı layihərinin maliyyələşdirilməsinə yönləndirəcək.
DəmirBank'dan tələbələrə dəstək!
Tələbələr üçün davamlı olaraq müxtəlif məhsul və xidmətlər təklif edən DəmirBank, 2014-cü ildə Azərbaycanın ali və orta ixtisas təhsili müəssəsisələrinə qəbul olmuş abituriyentlər üçün xüsusi aksiya hazırlamışdır. “Təhsilli gənclər” adlanan aksiya çərçivəsində 0% komissiya və illik 20%-lə DəmirBankdan kredit əldə etməklə təhsil haqqlarının ödənişini həyata keçirmək mümkündür.
Xaçmazlıların da Unibankı var
Unibank daha bir filialını Xaçmazda açdı. Xaçmaz şəhərinin mərkəzində, mərkəzi poçtun yaxınlığında, Nəriman Nərimanov küçəsi, 19A ünvanında yerləşən yeni filial, Xaçmaz və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq.
Expressbank iyul ayının nəticələrini elan edib
Expressbank-ın aktivləri 1 avqust 2014-cü il tarixinə 281 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 40,2 mln. manat və ya 25% artaraq 201,1 mln. manat olub.
DəmirBankdan sahibkarlara müjdə!
DəmirBank biznes kreditləri üzrə faiz dərəcələrini aşağı saldı. Artıq DəmirBank-a müraciət edən müştərilər 100 000 AZN-dək biznes kreditlərini 4%-dək illik faiz dərəcəsi endirimi ilə əldə edə bilərlər. Kreditin maksimal müddəti 36 aya bərabərdir.
Çempionatın qalibləri məlum oldu
Unibank-ın ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatı başa çatıb.Final oyunlarının keçirilməsi və qaliblərin mükafatlandırılması tədbirində ALBALI PLUS (ALBALI) kartının partnyorları ilə yanaşı, bankın müştəriləri də iştirak edib. Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə, müğənni Elnarənin ifa etdiyi vətənpərvərlik mahnıları, çempionluq uğrunda yarışanları qələbəyə daha da ruhlandırıb.
DəmirBank ASC-nin 25 illik yubileyi ilə bağlı Gənclər arasında tədbir keçirilmişdir
DəmirBank ASC-nin 25 illik yubileyi ilə bağlı Gənclər arasında tədbir keçirilmişdir
“GƏNC İNNOVATORLAR” Unibank-ı seçir!
Uğurlu bank karyerasına başlamaq istəyən gənclər üçün Unibank böyük imkanlar açır. Təhsili, yüksək bilik səviyyəsi ilə fərqlənən tələbələr öz iş karyeralarına başlaya bilərlər. Bu şəraiti Unibankın “Gənc İnnovatorlar” layihəsi yaradır. Layihənin ilkin mərhələsi başa çatıb. İlkin mərhələdə 4 tələbə “Gənc İnnovatorlar” təqaüd proqramına qoşulub. 50-ə yaxın tələbənin məlumatları isə bankın insan resursları məlumat bazasında ehtiyat kimi əlavə edilib.
Expressbank yeni SmileCard məhsulunu təqdim edəcək
Expressbank müştərilərə bank kartı vasitəsilə verilən yeni SmileCard kredit məhsulunu təqdim edəcək. Yeni kart yaxın zamanlarda müştərilərə Expressbank filiallarında təqdim edilməyə başlayacaq.
Pulsuz verilən kart 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği 3000 AZN təşkil edir.
Avqustun 8-də “DəmirBank”-ın Bərdə filialının ofisində “Açıq qapılar” günü keçirilib
Avqustun 8-də “DəmirBank”-ın Bərdə filialının ofisində “Açıq qapılar” günü keçirilib. Tədbirdə bankın işçiləri və müştəriləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə “DəmirBank”-ın 25 illik yubileyi ilə əlaqədar bank tərəfindən istehlak kreditləri üzrə illik faiz dərəcəsində 10% endirim və pulsuz olaraq “DəmirTaksit” kartı təqdim edilməsi ilə əlaqədar məlumat verilib. Bankla uzun müddət ərzində əməkdaşlıq edən müştərilərə qiymətli hədiyyələr təqdim edilib.