30 iyun 2014-cü il tarixinə kredit portfeli 5309 aktiv kreditlə 42,6mln. dollara çatmışdır. Portfeldə 47%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 16% və 37%-dir. Mikrobiznes kreditləri biznes portfelinin demək olar ki, 54%-i təşkil edir
AccessBank 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib
The Green for Growth Fund (GGF) AccessBank-a 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Cəlb olunan vəsait sayəsində Bank enerji səmərəlilik layihələrinin maliyyələşdirməsini artıracaq və bu sahədə həyata keçirdiyi fəaliyyətini daha da genişləndirəcək.
Bayram alış-verişini Bolkart-la et, ödənişi isə sentyabrda et!
Ramazan bayramı ərəfəsində “Bank of Baku” Bolkart sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edir. 24-28 iyul 2014-cü il tarixlərində Bolkart şəbəkəsinə aid supermarketlərdə alış-veriş etmiş kart sahibləri avqustda deyil, sentyabr ayında ödəniş imkanı qazanacaqlar. Beləliklə, Bolkart sahibləri ödənişlərini 2 ay sonra etmiş olacaqlar.
“Muğanbank” ASC iyulun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb
“Muğanbank” ASC aktivlərinin həcmi 2014-ci il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % çoxdur. Bankın məcmu kapitalı isə 53 795,61 min manat təşkil edib.
Bu gün Kapital Bankın yaranma günüdür
Bu gün 24 İyul Kapital Bankın fəaliyyətə başlamasının 140-cı ildönümüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi kimi, Kapital Bankın ilk xidmət məntəqəsi 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi.
AtaBank–ın müştərisi Braziliyadakı futbol həyəcanını yaşadı!
“AtaBank” ASC və “VISA İnternational” tərəfindən təşkil olunan lotereyanın qalibi Bəxtiyar Bədəlov Braziliyadakı futbol həyəcanını yaşadı.