Tanınmış investorlar 25 yaşında hansı işdə çalışırdılar? | Banco.az

Tanınmış investorlar 25 yaşında hansı işdə çalışırdılar?

Hər kəsin uğur hekayəsi fərqlidir. Lakin, demək olar ki, hamının həyatında enişlər, çıxışlar, böyük uğursuzluqlar və zirvəyə doğru gedən yollar vardır.

Indi isə gəlin, tanınmış investorların 25 yaşında olarkən hansı işləri icra etdiklərinə baxaq.

Ceff Bezos

“Amazon”-un qurucusu Ceff Bezos 24 yaşında olarkən maliyyə sektorunda proqramçı işləyirdi. “Bankers Trust” bankında yaratdığı proqramlarla qısa müddət ərzində bankın idarə heyətinə daxil olmağa nail oldu.

Elon Musk

Elon Musk 25 yaşındaykən Stenford Universitetində təhsil aldığı doktorantura proqramından ayrıldı və “Zip2” şirkətini qurdu. Internetin ilk “sarı səhifələr” saytını qısa müddət ərzində “Compaq”-a 307 milyon dollara satdı və sonra “Paypal”-ı qurdu.

Warren Buffett

20-li yaşlarında Omaha əyalətində “Buffet-Falk” adlı şirkətdə investisiya məsləhətçisi olan Buffet, 26 yaşında təhlükəsizlik mütəxəssisi kimi işlədi. Daha sonra isə şəxsi investisiya konsaltinq şirkətini qurdu.

Howard Schultz

Şimali Miçiqan Universitetindən məzun olduqdan sonra “Xerox” üçün satış məsləhətçiliyi edən Schultz, daha sonra “Hammerplast” adlı bir qəhvə maşını şirkətinə daxil oldu. 26 yaşında “Sturbucks” qəhvəxana şəbəkəsini tanıyan Schultz, 29 yaşında buraya daxil oldu.

“Xerox şirkətində universitetdən daha çox şey öyrəndim. Satış, marketinq, təqdimat... Hər şeyi orada öyrəndim. Özümə inamımı qazandım. Orada işləməsəydim “Sturbucks” da bu qədər uğurlu ola bilməzdim.”

Stiv Cobs

1980-ci ildə bazara daxil olan “Apple” hələ ilk gündə 1.2 milyard dollarlıq bir dəyər qazandı. Qurucularını zənginləşdirdi. Cobs da o zamanlar 25 yaşında idi, lakin Cobs heç bir zaman pulun əsirinə çevrilmədi.

Ingvar Kamprad

Ingvar Kamprad 25 yaşına çatdıqda artıq 8 il idi ki, atasının məzun olması münasibətilə verdiyi pulla "IKEA" şirkətini qurmuşdu. Lakin, hələ böyük bir uğur əldə edə bilməmiş və mebel işinə başlamamışdı. 25 yaşında olarkən qəzetdə gördüyü bir mebel elanından sonra mebellərdəki lüks anlayışını aradan qaldırmaq istədi. Beləliklə də ən ucuz istehsalçılarla razılaşaraq bugün də məşhurluğunu qoruyan ilk "IKEA" mebel kataloqunu yaratdı.

Ən sərfəli kredit üçün müraciət et

Erik Emerson Şmidt

“Google” un keçmiş CEO-su Erik Emerson Şmidt Berkli Kaliforniya Universitetində kompüter mühəndisliyi ixtisası üzrə magistr dərəcəsi qazandı. 27 yaşında proqramçılıq sahəsində yaşıdları arasında böyük nüfuza sahib idi.

O illərdə vaxtını “Xerox Park” laboratoriyalarında proqram təkmilləşdirməklə keçirirdi. Həmin illəri belə təsvir edir: “O illərdə heç birimiz gecələr yatmazdıq, çünki kompüterlər gecələr daha sürətli işləyirdi.”

Mark Zuckerberg

Zuckerberg 25 yaşında ikən “Facebook” çətin dövrünü keçirir, böyümə mərhələsində idi. 2009-cu ildə şirkət ilk dəfə mənfəət qazanmağa başladı və 300 milyon istifadəçiyə çatdı. 2010-cu ildə isə “Facebook” un bir anda zirvəyə yüksəlməsi ilə “Time” jurnalı onu “İlin adamı” seçdi.

Richard Branson

Ingilis iş adamı Richard Branson 20 yaşında olarkən ilk səs yazma studiyasını açdı. 23 yaşında isə “Virgin Records” şirkətini quran Branson, artıq 30 yaşında dünyaca məşhur bir milyonçu idi.

O günləri belə təsvir edir:

“O gün dünən kimi gözümün önündədir. Kiçik bir şirkəti idarə etmək, 400 şirkəti olan böyük bir holdinqi idarə etməkdən daha çətin idi. 7/24 işləyirdim, ailəmə vaxt ayıra bilmirdim və təəssüf ki, boşandım. Kiçik bir işiniz varsa, həyatda qalmaq üçün çox çalışmaq məcburiyyətindəsiniz.”

Ursula Burns

Ursula Burns, interna olaraq daxil olduğu “Xerox” şirkətində hal-hazırda idarə heyətinin sədri vəzifəsində işləyir. Nyu Yorkda çətin bir gənclik dövrü keçirməsinə baxmayaraq, Kolumbiya Universitetində magistr təhsili alan Burns, 1980-ci ildə 22 yaşında daxil olduğu “Xerox” da sürətlə irəlilədi və 2009-cu ildə şirkətin CEO-su oldu. Həmin günləri belə təsvir edir:

“Şirkətə daxil olduğum vaxtlarda hər işin dalınca gedirdim. Lakin, sonra bir menecer mənə vaxtımı düzgün planlaşdırmağımı məsləhət gördü. Bundan sonra vaxtımı və edəcəklərimi planlaşdırmağa başladım.”

Larry Ellison

Dünyanın ən böyük ikinci proqram təminatı şirkəti olan “Oracle” ın qurucusu Larry Ellison 22 yaşında universitetdən ayrıldı və özü tək başına kompüter proqramlaşdırmasını öyrəndi. Bir çox işdə çalışan Ellison, öz şirkətini yaratmazdan əvvəl “Amdahl Corp” şirkətində işləyirdi.

Tamara Mustafayeva, banco.az