2019-cu ildə dövlət rüsumu üzrə daxilolmalar 190 mln. manat nəzərdə tutulur.
Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu, 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 33,8% çoxdur.
2019-cu ildə dövlət rüsumu üzrə daxilolmalar 190 mln. manat nəzərdə tutulur.
Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu, 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 33,8% çoxdur.
Noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət və icmal büdcələrinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları ilk dəfə 5 gün davam edəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterpriseazerbaijan.com” portalının təşkilatçılığı ilə “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirilib. Təlimi Türkiyənin Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş icraçı direktoru, Harvard məzunu Ussal Şahbaz aparıb. Müzakirələrdə biznes ideyalarının müəllifləri, startapçılar və gənc sahibkarlar iştirak edib.
Bəzi kiçik və orta sahibkarların bizneslərində mövsümiliyin olması məlumdur. Mövsümdən asılı olaraq satışlar azala bilər və bu zaman əlavə vəsaitə ehtiyac yaranır. Bunun üçün PAŞA Bank Sizə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məhsulunu təqdim edir.
Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
“Muğan Bank” ASC 2018-ci ilin 9 ayını 650 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, cari ilin 6 ayını 2 milyon 774 min manat xalis zərər ilə bağlamışdı.
Müstəqil Azərbaycanın tarixində bankların birləşməsi ilə bağlı bir neçə nümunə olsa da, son illər, xüsusilə də dünya bazarında neftin ucuzlaşmasından sonra ölkədə yaranmış yeni iqtisadi şəraitdə bank sektorunda konsolidasiya prosesi elə də uğurla getmir.
Türkiyənin “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi “Ziraat Bank Azərbaycan” ASC 2-ci filialını açmağa hazırlaşır.
Yeni filial Gəncə şəhərində fəaliyyət göstərəcək.
Son illərdə məşhur olan xaricdə təhsildə təqaüd proqramları gənclərin əsas diqqət mərkəzindədir.
Belə proqramlar vasitəsilə tələbələr müxtəlif ölkələrdə təhsil alır və müəyyən xərcləri qarşılanır.
Bank VTB (Azərbaycan) internet və mobil bank vasitəsilə aparılan bir sıra əməliyyatlar üçün tarifləri aşağı salıb. Dollar, avro, İsveçrə frank və funt sterlinq valyutalarının mübadiləsi üzrə komissiya haqqı 0,8%-dən 0,2%-dək endirilib, rus rublu üçün isə tamamilə ləğv edilib. Bundan başqa onlayn kanallar vasitəsilə digər bankdakı hesaba rus rublunda olan vəsaitin köçürülməsi üzrə komissiya 0,15%-ə düşüb.