Banco.az | Tezliklə

“AtaBank” “MasterCard Contactless” funksionallığının tətbiqini aktivləşdirir

Azərbaycanca

“AtaBank” ASC yeni "MasterCard" tipli kartlarını "MasterCard Contactless" funksionallığı ilə təmin edib. Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və bu cür kartları qəbul etməyə hazırdırlar.

“Bank işi” laboratoriyası istifadəyə verildi!

Azərbaycanca

Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun tədris laboratoriyasının rəsmi açılış mərasimi keçirilib. “Bank işi” laboratoriyası “Bank of Baku”-nun dəstəyi ilə istifadəyə verilib. Bank və universitet rəhbərliyinin qatıldığı tədbirdə tələbə və müəllimlər də iştirak edib.

Bankın Sumqayıtda növbəti filialı açıldı

Azərbaycanca

Unibank-ın yeni filialı fəaliyyətə başladı. Sumqayıt əhalisi artıq Unibank-ın xidmətlərindən arzuladıqları kimi istifadə edə biləcəklər.

Banka gəlmədən ənənəvi bank əməliyyatlarını yerinə yetirin

Azərbaycanca

Azərbaycan bankçılıq sistemində öncüllərdən olan YapıKredi Bank Azərbaycan yenə də missiyası gərəyi internet bankçılıqda da “Asan İmza” mobil elekton imza texnologiyası ilə onlayn xidmətlərdən istifadə üçün autentifikasiya və imzalama imkanını təmin edən ilk banklardan biridir.

Bu həftə 10.000 AZN-dək krediti komissiyasız əldə edin!

Azərbaycanca

Ən gözəl hədiyyə ad günündə,  sərfəli kredit isə peşə bayramı münasibətilə keçirilən kampaniyada verilir. Unibank  Dövlət  Gömrük Komitəsi əməkdaşlarının  30 yanvar- peşə bayramı münasibəti ilə 0% komissiyasız  kampaniya keçirir.  Gömrük əməkdaşları  30 yanvar- 7 fevral tarixlərində Unibank filiallarına müraciət edərək,  10.000 AZN-dək komissiyasız kredit  götürə biləcəklər.

Zolotaya Korona üzrə aksiyasının ilk qalibləri açıqlandı

Azərbaycanca

Xəbər verdiyimiz kimi Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "diyyəli pul köçürmələri" adlı aksiya keçirir. Aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın Əcəmi və Sumqayıt filiallarının müştəriləri müvafiq olaraq, planşet və smartfon qazanıblar.

Bu bank əmanətçilərin vergisini özü ödəyəcək

Azərbaycanca

Əmanətlərin gəlir hissəsinə tətbiq edilən vergi güzəştinin qaldırılmasından sonra, Yapı Kredi Bank Azərbaycan yeni bir kampaniyaya start verir. Kampaniya şərtlərinə əsasən, 22 yanvar-28 fevral tarixləri arasında illik 7500 manata qədər əmanət yerləşdirən hər bir vətəndaş Yapı Kredi Bank Azərbaycanın təklif etdiyi fürsətdən yararlana biləcəklər.

PAŞA Bank Londonda beynəlxalq biznes-forumu keçirdi

Azərbaycanca

Yanvarın 27-də Londonda “Azərbaycanın maliyyə bazarı: 2015-ci il üçün proqnoz” beynəlxalq biznes-forumu başa çatdı. Tədbirin təşkilatçısı Azərbaycanın ən iri banklarından biri olan  PAŞA Bank idi.    

"Xallar" aksiyasının növbəti 10 qalibi açıqlandı

Azərbaycanca

“DəmirBank” “Xallar” aksiyası çərçivəsində qalib olan müştərilərini mərhələli şəkildə mükafatlandırmaqda davam edir. Belə ki, Bank “Xallar” aksiyasında ən xal toplayan daha 10 müştərisinə Türkiyəyə səyahət paketi, notebook (Toshiba), planşet (Samsung Tab 3) və  mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr  təqdim edib.

Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti yeniləndi!

Azərbaycanca

Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan yenidən İnternet Bankçılıq xidmətinin funksiyalarını genişləndirdi. Filiala getmədən, növbələr gözləmədən internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın sizə təqdim etdiyi yeni funksiyaların əlavə olunduğu yenilənmiş Yapı Kredi İnternet Bankçılıq xidmətindən artıq istifadə etmək mümkündür.  

Səhifələr

« first ‹ previous last »