Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılmışdır. Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılmış bu limiti ATM - də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər)istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır.
ALBALI ARTIQ 28 СİNEMA-da
Ən gözəl filmlərə ALBALI kartı ilə baxın! İndi ALBALI kart ilə 28 Cinema-nın xidmətlərdən istifadə edən hər kəs, xidmətin dəyərini 1 ay ərzində ödəmək imkanı qazanacaq.
AccessBank KIV nümayəndələri arasında elan etdiyi müsabiqənin vaxtını uzatdı
Access Bank öncə elan etdiyi müsabiqədə iştirak etmək istəyən jurnalistlərin çoxsaylı xahişləri nəzərə alaraq, müsabiqə işlərinin təqdim olunma günü 18 noyabr 2013-cü il tarixinədək uzatdı.
“Bank Technique”in premium VISA kartları sahiblərinə yeni imkanlar açır
“Bank Technique”in premium VISA kart sahibləri, “VISA imtiyazlar dünyası” aksiyası çərçivəsində, yeni imtiyazlar eldə edirlər. Kart sahibləri paytaxtın bir sıra ticarət nöqtələrində 50 %-dək endirimlərdən faydalana bilərlər.
Yeni İnternet Bankçılıq xidməti
Yapı Kredi Bank İnternet Bankçılıq xidmətini öz müştərilərinin istifadəsinə təqdim etdi.
HƏDİYYƏNİZ BRİLLİANTDAN OLACAQ!
“Dostlar Klubu”-nun yüzlərlə üzvü uduşlu lotereyada mükafatlandırılacaq!
Bolkart-dan yeni nağdlaşdırma!
9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün yeni nağdlaşdırma kampaniyasına start verir. 4-12 noyabr 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, dekabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 2,5%-dir.
Aşağıdakı Bolkart növlərini bu kampaniya zamanı nağdlaşdırmaq olar:
“AtaBank”da pul köçürmə sistemləri üzrə aksiya davam edir.
“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir. Aksiyanın şərtlərinə əsasən, “AtaBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur
500 -1000 manatlıq köçürmə üçün - 1 manat
Yapı Kredi Bank Azərbaycan-dan 5 % endirimlə zaminsiz kreditlər
“Yapı Kredi Bank Azərbaycan” vətəndaşlarımıza sərfəli təklifləri ilə məqsədlərinə daha asan və zamanında çatmağa şərait yaradır. Belə ki, Worldcard’ı olan ya da Worldcard’a müraciət edən dövlət işçiləri üçün xüsusi üstünlüklərə malik kampaniyada təklif olunan krediti dövlət işçiləri 5% endirimlə, üstəlik zaminsiz əldə edə bilərlər.