Dünən, 12 fevral tarixində, Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC Ş.Bədəlbəyli 102 ünvanında yerləşən Baş ofisində özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. Tədbirdə bankın VİP müştəriləri iştirak etmişdir. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.
“Bank Technique” notariat orqanları ilə əməkdaşlığı genişləndirir
“Bank Technique” ASC notariat orqanları ilə əməkdaşlığı çərçivəsində, Bakı və Sumqayıt şəhərlərində notariat kontorlarının nəzdində yerləşən şöbələrinin sayını artırır. Notariat əməliyyatlarının icrasının sürətləndirilməsi məqsədilə, Bank, Bakıda 43 saylı (5 mikrorayon, 20 yanvar küç., ev 6) və 12 saylı (İnşaatçılar pr., 28a), Sumqayıt şəhərində 4 saylı (3-cü mikrorayon 3/58) notariat kontorlarının daxilində yeni şöbələri istifadəyə verib.
DəmirBank ad günü olanlar üçün güzəştli kredit təklif edir
DəmirBank ad günündən 15 gün əvvəl və ya 15 gün sonra istehlak kreditləri üzrə müraciət edən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.
www.bankofbaku.com saytı tam yeni formatda!
Yaranmasının 20 illiyi ərəfəsində “Bank of Baku” korporativ saytını tam yeniləyərək istifadəyə verib. Yenilənmiş sayt bankın yubileyinə həsr edilmiş müxtəlif aksiya və tədbirlər sırasında ilk yenilikdir.Yeni sayt sadələşdirilmiş istifadə sistemi ilə seçilir. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq fərqli vizual görüntü və məzmunu ilə seçilir.
AtaBank-dan "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişləri.
Artıq AtaBankın kredit müştəriləri günün istənilən vaxtı, banka gəlmədən öz kredit ödənişlərini həyata keçirə biləcək. Bu, AtaBankın "MilliÖN" ödəniş sisteminə qoşulması nəticəsində mümkün olmuşdur.
DəmirBank Qubada “Komissiyasız günlər” adlı güzəştli kredit aksiyası keçirir
DəmirBank Qubada “Komissiyasız günlər” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 28 aprel 2014-cü il tarixinədək davam edəcək.
3 ay davam edəcək aksiyanın şərtlərinə görə Quba filialında 1000 AZN-dək kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunur.
“Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir (Foto)
05 yanvar 2014-cü il tarixində paytaxtımızın beynəlxalq otel komplekslərindən birində “Monex” təcili pul köçürmələri sistemi layihəsi çərçivəsində tərəfdaş bankların əməliyyatçıları üçün “Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Kapital Bank 2 milyondan artıq müştəriyə xidmət edir
“Kapital Bank” ASC 2013-cü il üzrə fəaliyyət göstəricilərini açıqlayıb. 31 dekabr 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1 048 645 min manat, kredit portfeli 751 334 min manat olub. İl ərzində Bankın ümumi gəlirləri 124 927 min manata (o cümlədən faiz gəlirləri 61 163 min manat, qeyri-faiz gəlirləri 63 764 min manat) çatıb, ümumi xərcləri isə 103 626 min manat təşkil edib.
UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb
Unibank-ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın “Nağd kredit əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 4-cü tirajının qalibləri müəyyən edilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.