Bu 8 mart xanımlar üçün fərqlidir. Çünki, bu il xanımların 1 yox, 2 yox, düz 3 gün bayramları olacaq. Unibank dəyərli xanımlarımızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir və xanımların bu bayramı ürəkləri istəyən kimi qeyd etmələri üçün xüsusi Albalı kampaniyasına başlayır. Kampaniya həm xanımlar, həm də xanımları təbrik etmək istəyən kişilər üçündür.
Kapital Banka kredit borcu ödənişləri indi MilliÖN-də
Kapital Bank MilliÖN ödəniş sisteminə qoşuldu. Bankın müştəriləri aylıq kredit borclarını indi MilliÖN köşkləri vasitəsilə də ödəyə bilərlər. Bunun üçün sadəcə MilliÖN köşkündəki "Bank xidmətləri" bölməsində "Kapital Bank" adını seçmək lazımdır. Müştəri kodunu müvafiq xanalarda göstərir, zəruri məbləği daxil edib, çek alır. Ödəniş real vaxt rejimində yerinə yetirilir və buna görə müştəridən komissiya haqqı tutulmur.
DəmirBank “8 fərqli gün” adlı güzəştli kredit aksiyasına başlayır
DəmirBank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “8 fərqli gün” adlı güzəştli kredit aksiyasına başlayır. Aksiya 14 mart 2014-cü il tarixinədək davam edəcək.
Bolkart ilə “WorldTelecom”-dan ən yaxşı mobil telefonlar: nağd qiymətinə və 12 aylıq ödənişlə!
“Bank of Baku” , “Caspian Mobile” şirkəti və “World Telecom” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün yeni satış kampaniyası elan edirlər.
Indi Bolkart istifadəçiləri “World Telecom” mağazalarından mobil telefon modellərini əlavə xərcsiz və nağd qiymətinə alıb, 12 aya rahat ödəniş edə bilərlər.
NBC Bank-dan “Bahar” kredit kampaniyası
NBC Bank, yazın gəlişini özündə təcəssüm etdirən Novruz Bayramı münasibəti ilə, “Bahar” kredit kampaniyasına başlayır. Kampaniya mart ayının sonuna qədər davam edəcək və bu müddətdə Bankdan pul krediti götürən hər bir şəxs kampaniyanın təklif etdiyi sərfəli kredit şərtlərindən yararlanacaq.
Bolkart ilə “Nano Electronics”-dən istənilən məhsul: nağd qiymətinə və 12 aylıq ödənişlə!
“Bank of Baku” və “Nano Electronics” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün 8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş sərfəli satış kampaniyası elan edirlər.
Parabank-da "Təqaüdçü" kreditini əldə et!
Parabank müştərilərə daha rahat əldə edilə bilən məhsul və xidmətlər təklif etmək məqsədilə növbəti universal məhsulu olan “Təqaüdçü” kredit məhsulunu təqdim edir.
“Təqaüdçü” kredit məhsulu sabit təqaüd alan şəxslər üçün nəzərdə tutulmuşdur. Kreditin müddəti 12 aydan 36 ayadək. Minimal təqaüd 100 AZN, kreditin son ödəniş tarixinə maksimum yaş həddi 80 yaş olmalıdır
Kapital Bankdan xanımlar üçün ikiqat endirim
Kapital Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 1 martdan 7 marta qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir xanım müştəri həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqlarında 2% endirim qazanacaq.