Banco.az | Tezliklə

Avro daha da ucuzlaşdı - Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin Aprel ayının 19-na Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Aprelin 18-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, Avro/manat məzənnəsi 1.9105 manata düşüb, Rubl/manat məzənnəsi isə 0,0266 manatda qalıb.

1 Türk lirəsi isə 0,2917 manata geriləyib.

marja

Azərbaycanca

BDU-nun nizamnamə fondu 50 milyon manat müəyyən edilib

Bunlar Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı Dövlət Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, universitetin nizamnamə fondu 50 milyon manat olacaq.

Azərbaycanca

Avadanlıqların yapışdırılmış pul nişanlarını qəbul etməməsi ilə bağlı açıqlama

Son zamanlar mətbuatda, xəbər portallarında və sosial şəbəkələrdə ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqların (bankomatlar, cash-in avadanlıqlar, ödəniş terminalları və s.) zədələnmiş, əzilmiş, korlanmış, cırılmış, deşilmiş, müxtəlif vasitələrlə hissələri yapışdırılmış pul nişanlarını qəbul etməməsi ilə bağlı yaranmış çətinliklər barədə məlumatlar yayılmaqdadır.

Azərbaycanca

Sifarişçi 15 günə tikintiyə, 10 günə isə istismara icazə əldə edə bilər

Aprelin 18-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib.

Azərbaycanca

Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

Azərbaycanca

Səbailin yolları üçün pul ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Azərbaycanca

Azərbaycana qaz dollarlarının daxil olması kəskin artıb

2019-cu ilin 1-ci rübü ərzində (yanvar-mart) Azərbaycandan 425 milyon 389 min dollar dəyərində 2 milyard 971 milyon kub metr təbii qaz ixrac edilib. 

Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründəkindən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.

Azərbaycanca

Maaşların qaldırılması üçün hökumətdə iş aparılır

Azərbaycanda minimum əməkhaqqının, minimum pensiyanın daha da qaldırılması üçün hökumətdə iş aparılır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşündə bildirib. 

Azərbaycanca

Şengen vizası bahalaşır

Şengen ölkələrinə qısamüddətli səfər etmək üçün vizanın qiyməti cari ildə 60-dan 80 avroyadək artırılacaq. Avropa İttifaqının Viza Məcəlləsinə Avropa Komissiyasının (AK) təşəbbüsü ilə müvafiq dəyişiklik ötən gün Avropa Parlamentində təsdiqlənib.

Bu barədə AK-nın Mətbuat xidmətindən bildiriblər.

Azərbaycanca

302 sahibkarın hesabına 1 milyon 836 min manat yardım köçürülüb

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »