ABŞ-ın nəqliyyat şirkəti "Uber Technologies"in sürücüsüz avtomobil layihəsi üçün 7.2 milyard dollar investisiya almağa hazırlaşdığı iddia edilir.
Uber sürücüsüz avtomobil üçün 7 milyard dollar sərmayə ala bilər
ABŞ-ın nəqliyyat şirkəti "Uber Technologies"in sürücüsüz avtomobil layihəsi üçün 7.2 milyard dollar investisiya almağa hazırlaşdığı iddia edilir.
PAŞA Bankın Korporativ bankçılıq departamentinin direktoru Fərid Quliyevin müsahibəsi:
Bu ilin yanvar-mart aylarında Azərbaycan 18 milyon 149 min ABŞ dolları dəyərində 13 min 33 ton ət idxal edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,94 milyon dollar (37,4%) və 4 min 312 ton (49,4%) çoxdur.
ABŞ-ın kommersiya (satış məqsədli) xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftə ilə müqayisədə 1,4 milyon barrel azalıb.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 103,454 mln. ABŞ dolları dəyərində 98,823 min ton meyvə-tərəvəz ixrac edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,736 mln. dollar (28,2%) və 23,266 min ton (30,8%) çoxdur.
Ətraf mühitə uyğun olduğunu və bu cəhətdən digər kriptovalyutalardan fərqləndiyini açıqlayan EverGreenCoin (EGC) yaxın vaxtlarda adından söz etdirməyə başladı. EGC mövcud qaydada fərqlilik yaratmaq məqsədilə yola çıxıb.
“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 1 milyon 689 min manat qazanmışdı. Beləliklə, “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1,9 dəfə artıb.
Aprelin 18-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib. Konfrans ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilib.
Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 14 milyon 70 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon 80 min manat və ya 39,5% çoxdur.
15 aprel 2019-cu il tarixindən etibarən ASC “Xalq” Bankının Mərdəkan qəsəbəsində yeni filialı fəaliyyətə başlayıb.