Bankda karyera qurmaq istəyənlərin nəzərinə!
Kapital Bank-da İŞ VAR! - 4 Yeni Vakansiya
Bankda karyera qurmaq istəyənlərin nəzərinə!
Vergi Məcəlləsində edilmiş mühüm dəyişiklərdən biri də avtomobillərlə sərnişindaşıma sahəsində sahibkarlıq fəaliyyəti göstərən şəxslərin vergi ödənişləri ilə bağlıdır. Bəs VÖEN əsasında müntəzəm qaydada avtobuslarla sərnişindaşıma xidməti göstərən sahibkarların hansı vergi və sosial sığorta ödəlikləri var?
Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ərazisi üzrə 17 ölkədə "Visa" əməliyyatlarına rəhbərlik edən Vira Platonovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub.
Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğ
ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası, Türkiyə də daxil olmaqla, dörd ölkədən idxal edilən iri radiuslu borularla bağlı gömrük vergilərinin müddətinin daha beş il uzadılması barədə qərar verib. Komissiyanın açıqlamasında vergilərin tətbiqinin əsas səbəbi kimi Cənubi Koreya, Türkiyə, Kanada və Yunanıstandan boruların idxal edilməsi ucbatından Amerika istehsalçılarının ziyana düşdükləri göstərilib.
Regionlarda yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal proseslərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi diqqət mərkəzindədir.
“NBC Bank” 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
2019-cu ilin Yanvar- Mart ayları ərzində (1-ci rübdə) Azərbaycana 7 978 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub. Bu, 2018-ci ilin Yanvar- Mart dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Ötən ilin Yanvar-Mart dövründə ölkəmizə 3 506 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
2019-cu ilin 1-ci rübündə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.