23 iyun, 2016-cı il tarixində, saat 9:00-da “Baku Boulevard Hotel”də Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) işinə başlayıb.
Hansı bankın kreditini onlayn ödəmək mümkündür?
İstəsək də istəməsək də, bu və digər səbəblərdən bir çoxumuz kredit borcuna sahibik. Borc isə igidin qamçısıdır deyiblər.
Kredit ödənişlərini bankın filialına yaxınlaşaraq və ya cash-in aparatlarından ödəyə bilərsiniz. Hətta bəzi bankların kreditləri ödəmə terminallarından da ödəyə bilərsiniz. Bu isə başqa araşdırmanın mövzusudur.
İstehlak qiymətləri indeksi nədir?
İstehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
İnformasiya Texnologiyaları sahəsi üzrə təcrübə proqramı
Əgər siz bank sektorunda gələcəyin ən yaxşı İnformasiya Texnologiyaları mütəxəssisi olmaq istəyirsinizsə, Unibank sizin üçün əla fürsət yaradır. İnformasiya Texnologiyaları sahəsi üzrə biliyi olanlar və həmçinin ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri Unibankın İnformasiya Texnologiyaları sahəsi üzrə təcrübə proqramına qatılaraq, həm biliklərini artıra, həm də iş təcrübəsi qazana bilərlər.
Bank of Baku-dan növbəti yay kampaniyası: “Bolkartla alınan tur paketlərə, +2 ay HƏDİYYƏ!”
Bank of Baku-nun Bolkartlılara ÖZƏL start verdiyi yay silsilə kampaniyalarından daha birinin bu gündən etibarən icrasına başlanır.
Bu günə olan rəsmi məzənnə (23.06.2016)
Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.
İyunun 23-nə dolların məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 23.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5301 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyunun 22-də USD/AZN rəsmi məzənnəsi 1,5270 səviyyəsində olub.
Banklar kredit verərkən nələrə diqqət edir?
Pul yığmağın çətin olduğu hazırki günümüzdə demək olar ki, ehtiyaclarımızın əksəriyyətini, hətta təməl ehtiyaclarımızı da bank kreditləri vasitəsi ilə həyata keçiririk. Əvvəllər bank kreditləri yalnız ev və ya avtomobil almaq üçün istifadə edilirdisə, indi mebel və ya telefon almaq, iş qurmaq, tətilə çıxmaq və s. üçün də kredit götürülür.
Dövlətlərin güclü və ya zəif olmasının səbəbi nədir?
Ölkə tərəfindən seçilmiş iqtisadi və siyasi institutlar və idarəetmə sistemi həmin ölkənin gələcəyini müəyyən edir.
Bu gün bütün dövlətlər güc savaşında qalib olmaq istəyirlər. Əgər ölkələrin gücü onların iqtisadi zənginliyindən asılıdırsa, bu zənginliyi əldə etmək üçün düzgün iqtisadi və siyasi idarəetmə yolunu seçmək lazımdır.
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda bu ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 511,6 mln. manata çatıb.