Banco.az | Tezliklə

ABŞ milyarderləri daha çox vergi ödəmək istəyirlər

ABŞ-da 18 nəfər milyarderin imzası ilə varlılardan daha çox vergi tutulmasının zəruri olduğu barədə bir məktub yayımlanıb. 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürənlərə müraciətlə yazılmış məktubda ölkənin 10 faizini təşkil edən varlılardan "sərvət vergisi" tutmaq təklif edilir. 

Azərbaycanca

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Azərbaycanca

"KOB klaster şirkətləri"nin əsasnaməsi hazırlanır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə"nin layihəsi üzərində iş gedir. Agentlikdən bildirilib ki, dövlət başçısının "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında bununla bağlı tapşırıq verilib.

Azərbaycanca

Kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilə bilər

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın istehsalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklərdə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Azərbaycanca

Dividend vergisindən güzəşt hüququ - RƏSMİ CAVAB

"Vergilər az" saytının "Rəsmi cavab" rubrikasına belə bir sual göndərilib: "Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi 2019-cu ilin iyul ayında 1 illik (2018-ci il iyul- 2019-cu il iyun) fəaliyyətə görə dividendi fiziki şəxs olan təsisçiyə ödəmək barədə qərar verir. Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə görə, həmin dividend tam olaraq vergidən azaddırmı?"

Azərbaycanca

Beynəlxalq mühasibat standartları nələri dəyişir?

Azərbaycanda Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) qəbul edildikdən sonra artıq müəssisələr öz hesabatlarını həmin sənədlər üzərində hazırlayırlar. 

Azərbaycanca

Avropa İttifaqı ilə Vyetnam arasında ticarət sazişi imzalanacaq

İyun ayının 30-a Avropa İttifaqı (Aİ) Vyetnam ilə ticarət sazişi imzalamağı planlaşdırıb. Aİ Şurası, Aİ və Vyetnam arasında "Sərbəst ticarət sazişi"nin imzalanması ilə başqa bir sənədin - "İnvestisiyaların qorunması haqqında saziş"in də imzalanmasına yol açılır və hər iki sənəd eyni gündə Vyetnamın paytaxtı Hanoy şəhərində imzalanacaq.

Azərbaycanca

Maaşların artımı sosial yığımlara müsbət təsir göstərəcək

Minimum aylıq əməkhaqqının 180 manatdan 250 manatadək qaldırılması sosial sığorta xərclərinin artımına da təsir edəcək. Artımın məbləği sentyabrın 1-dən həzərdə tutulan əməkhaqqı ödənişlərinin hesablanması zamanı konkret rəqəmlərlə ifadə olunacaq.

Azərbaycanca

Əmanətlərdə 100 milyon manata yaxın azalma

May ayında fiziki şəxslərin banklardakı əmanətləri 97,6 milyon manat azalıb. 

2019-cu ilin aprel ayının sonunda 8 milyard 625,2 milyon manat təşkil etmiş əmanətlər may ayının sonunda 8 milyard 527,6 milyon manata düşüb. 

 

Azərbaycanca

Vüsal Qasımlı Beynəlxalq Məsləhət Komitəsinin vitse-prezidentini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Məsləhət Komitəsinin Bakıda səfərdə olan vitse-prezidenti, Afrika Təlim və Tədqiqat Mərkəzinin səfiri Yelena Laggeri qəbul edib. Görüş zamanı Vüsal Qasımlı Azərbaycanda, xüsusən də dövlət idarəetmə aparatında aparılan islahatlarla bağlı məlumat verib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »