Azərbaycan Vikipediyası həftənin seçilmiş məqaləsini və günün seçilmiş şəklini yayımladı.
Vikipediyada həftənin seçilmiş məqaləsi və günün seçilmiş şəkli yayımlandı
Azərbaycan Vikipediyası həftənin seçilmiş məqaləsini və günün seçilmiş şəklini yayımladı.
Ötən ay “China Mobile” şirkəti, 5G dəstəyi ilə çox ucuz smartfon buraxacağını söyləmişdi.
Onun qiymətinin ilkin mərhələdə təxminən 280 dollar, gələcəkdə isə 100 dollardan daha ucuz olacağı proqnozlaşdırılırdı.
Sınaqlar nəticəsində məlum olub ki, əlavə elementlərlə komplektləşdirilmiş “ağıllı” səsgücləndirici ürəyin dayanması barədə xəbərdarlıq edən səsləri qeydə ala və təcili yardım çağıra bilir. Səsgücləndirici ürəyin dayanmasını 97 faiz hallarda, hətta həyəcan səsi 6 metr məsafədən eşidildikdə belə müəyyən edib.
“Houston Methodist” hospitalı dərmanların bədənə yeridilməsi üçün unikal sistem hazırlayıblar. Sistem xroniki xəstəliklərdən (artrit, diabet və ürək xəstəlikləri) əziyyət çəkən pasiyentlərə kömək olacaq. Bu, “Bluetooth” vasitəsilə məsafədən nəzarət edilən, nanokanallara malik olan kiçik implantatdır.
Azərbaycanda dövlət idarəetmə orqanları və cəmiyyət arasında əlaqələrin İnformasiya Kommunikasiya Texnologiyaları vasitəsilə qurulması prosesi daha da sürətləndirilib. Əgər bir neçə il bundan öncə hər hansı bir xidmət üçün xeyli sayda sənədləşmə işi ilə məşqul olmaq, uzun müddət gözləmək lazım gəlirdisə, “Elektron hökümətin” yaradılması ilə bu problem aradan qaldırılıb. Artıq bir neçə qurum öz xidmətlərinin böyük əksəriyyətini elektron şəkildə istifadəyə verib.
İspaniyanın “Proton New Energy Future” startapı masa formasında hazırlanmış “Ebörd” qurğusunu təqdim edib. Onun səthinə bir neçə qadcetin eyni zamanda enerji ilə doldurulması üçün nəzərdə tutulmuş simsiz yükləmə qurğusu quraşdırılıb. “Ebörd” şəbəkəyə qoşulmasa da, Günəş enerjisi və hətta otaq işıqlandırılmasından “qidalana” bilir.
“Apple” smartfon sahibi olanlar üçün, insanları şəkildən silə biləcək yeni bir proqram yaradıb.
Proqramın yaradıcısı olan “Do Something Good” şirkəti, öz əlavəsini “Bye Bye Camera” adlandırıb. Bu proqram süni intellekt sistemi ilə işləyir
Niderland Krallığının “Lightyear” şirkəti “Lightyear One” elektromobilinin prototipini təqdim edib. Maşın, təxminən, 725 km məsafəni enerji toplamadan qət edə bilər və digər elektromobillərlə müqayisədə enerji doldurma stansiyaları şəbəkəsindən daha az asılıdır. Məsələ bundadır ki, “Lightyear One”nin damı və kapotu günəş hüceyrələri ilə örtülüb. Batareyanın ümumi sahəsi, təxminən, beş kvadrat metrdir.
“Instagram” istifadəçilərin keçmişdə baxdıqları paylaşımlara əsasən onların maraq dairəsini müəyyən edir və ona uyğun reklam göstərir. “Facebook” yaxın həftələrdə “Instagram”ın “Kəşf Et” bölümünə də reklam gələcəyini açıqlayıb.
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalında Mobil kateqoriyası üzrə ilin ən yaxşı mobil kampaniyalarının adı elan edilib. Bu kateqoriyada birinci yer uğrunda 866 kompaniya mübarizə aparıb.