Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.
Bank VTB (Azərbaycan) İT - avadanlığının alınması ilə əlaqədar TENDER ELAN EDİR
Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.
Latviya "kölgə iqtisadiyyatı" və vergilərin yayındırılması ilə mübarizə üçün çek lotereyası tətbiq etməyə hazırlaşır. Təşkilatçısı Dövlət Gəlirlər Xidməti olan lotereya oyununa pul uduşları qoyulacaq. Ölkədə fəaliyyət göstərən ayrıca internet saytı üzərindən iyulun 1-dən bütün arzu edənlər oyunda iştirak etmək üçün öz çeklərini qeydiyyatdan keçirə bilərlər.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra vergi ödəyiciləri arasında ən çox müzakirə olunan məsələlərdən biri də sadələşdirilmiş vergi ödəyicisinin statusunun dəyişdirilməsidir. Xüsusilə xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar bu cür hallarla tez-tez qarşılaşırlar.
Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Facebook-un gələn il bazara çıxaracağı kriptovalyuta vahidi Libra, pul transferi və alış-veriş xüsusiyyətləri ilə bank sektorunun funksiyalarının zəifləməsinə səbəb olacaq.
Bunu Rəqəmsal Dəyişiklik Dərnəyi sədri İsmail Hakkı Polat bildirib.
"Türkiye Şeker Fabrikaları A.Ş." (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb.
3 ay müddətində təşkil olunacaq kampaniyada PAŞA Bankın Visa Gold / MC Gold, Visa Platinum / MC Platinum, Visa Infinite / MC World Elite kart sahibləri hər ay minimum 10 AZN ekvivalentində nağdsız ödəniş etməklə iştirak edə biləcəklər.
ABŞ-da Vermont senatoru və Demokratların 2020-ci ildə keçiriləcək prezident seçkisinə namizədlərindən Bernie Sanders, ABŞ-dakı cəmi 1,6 trilyon dollarlıq tələbə borclarının ləğv edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.
İran bir sıra ölkələrlə, xüsusilə Rusiya, Türkiyə və Çinlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasına dair müzakirələr aparır. İran KİV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif deyib.
Asiya İnkişaf Bankı 2019-2023-cü illər üçün nəzərdə tutulan Azərbaycan üzrə yeni beş illik strategiyanı təsdiq edib. Bu barədə bankdan məlumat verilib.