Banco.az | Tezliklə

Bakıda ticarət dövriyyəsi 3,4 faiz artıb

2019-cu ilin yanvar-may aylarında paytaxtımızda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 041,7 milyon manat olub.

Azərbaycanca

Müəyyən səviyyədə inflyasiya iqtisadiyyatın inkişafını stimullaşdırır

"Baxmayaraq ki, martın 1-dən Azərbaycanda əmək haqları artırılıb, istehlak bazarında hər hansı bir qiymət artımı müşahidə etməmişik". Bunu son dövrlər ölkədə həyata keçirilən sosialyönümlü tədbirlərin inflyasiyanı artıracağı ilə bağlı iddiaları şərh edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib.

Azərbaycanca

Dövlət zəmanətli kreditlərin həcmi artıb

Bugünədək Azərbaycanda dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 31 mln. 99 min manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondunun məlumata görə, ötən ayla müqayisədə bu rəqəm 1 mln. 975 min manat və ya 6,4 faiz çox olub.

Azərbaycanca

Sosial daxilolmalarda əhəmiyyətli artım müşahidə olunur

Sahibkarlıq subyektlərinin fiskal öhdəliklərinin yerinə yetirilməsinin asanlaşdırılması, vergi və sosial öhdəliklərin həyata keçirilməsi və hesabatlılığın vahid qurum tərəfindən aparılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. 

Azərbaycanca

"Breksit"ə görə Böyük Britaniyanın büdcə itkiləri 114 milyard dollara çata bilər

Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı istər Avropa və dünya iqtisadiyyatı, istərsə də Böyük Britaniyanın öz iqtisadiyyatı üçün ciddi problemlər yaratmaqdadır. Ölkədaxili problemlərdən biri də xəzinənin doldurulması məqsədilə vergi yükünün artırılmasıdır. Zaman keçdikcə başqa problemlər də aktuallaşır.

Azərbaycanca

Türkiyədə varlılardan əlavə vergi tutulması payıza qaldı

Xəzinə və Maliyyə Nazirliyinin mövcud qanunvericiliklə bağlı təklif etdiyi təkmilləşdirmələr sırasında ultra lüks əmlak satışına və yüksək gəliri olanlara aid yeni vergi tənzimləməsi də var. Lakin bu təklifə baxılmasının sentyabr ayına qədər təxirə salınması qərara alınıb. 

Azərbaycanca

Azər Türk Bank “Hədiyyələr bitmir” kampaniyasına başlayır

2019-cu il iyul ayının 11-də dövlət bankı Azər Türk Bankın fəaliyyətinin 24 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank “Hədiyyələr bitmir” adlı kampaniyaya start verir.

Azərbaycanca

TuranBank müştərilərinə Black Edition premium kartını təklif edir

Master Card İnternational beynəlxalq ödəniş sisteminin tərəfdaşı olan TuranBank yeni kart məhsulunu təqdim edir.

Azərbaycanca

Azərbaycan banklarının xarici borcları azalmaqda davam edib

2019-cu ilin ilk 5 ayı ərzində Azərbaycan banklarının xarici öhdəlikləri 320,5 milyon manat azalıb.

2018-ci ilin sonunda 1 milyard 828,1 milyon manat olmuş xarici öhdəliklər 2019-cu il Mayın sonunda 1 milyard 507,6 milyon manata düşüb.

Azərbaycanca

Qızıl və neft qiymətləri diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında avro və funtun təzyiq altında qaldığı bir vaxtda qızıl və neftə olan tələbin arta biləcəyi proqnozlaşdırılır.

EUR/USD və GBP/USD məzənnələri təzyiq altında qalmaqda davam edir. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »