Vergilər Nazirliyi "Cari vergi ödəmələrinin hesablanması haqqında" arayış forması və "Cari vergi ödəmələrinin hesablanması haqqında" arayışın tərtib edilməsi qaydasını təsdiq edib. Bununla da Vergilər nazirinin 16 aprel 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş arayış forması və qaydalar ləğv edilib. Yeni qaydalar və arayış forması 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.
Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib
