Banco.az | Tezliklə

Argentinada şirkətlərin valyuta əməliyyatlarına məhdudiyyət tətbiq edildi

Argentinada banklar daxil bütün şirkətlərin valyuta almasına və ölkə xaricinə köçürülməsinə məhdudiyyət tətbiq edilib.

Rəsmi qəzetdə dərc olunan 596 nömrəli sərəncama görə, banklar və xarici ticarət ilə məşğul olan bütün şirkətlər Mərkəz Bankdan (BCRA) icazə almaq məcburiyyətindədirlər.

Azərbaycanca

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb

Ötən ay Gürcüstana 243 min 389 Azərbaycan vətəndaşı səfər edib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Azərbaycanca

İyulda POS-terminalların sayı artıb

2019-cu ilin İyun ayı ilə müqayisədə İyul ayında ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 386 ədəd artaraq 63 min 782 ədəd çatıb.

Azərbaycanca

Palata: "Əmanətlərdəki geriləmə tələbli əmanətlərin azalmasından qaynaqlanır"

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, 31 İyul 2019-cu il tarixində banklarda fiziki şəxslərin cəmi 8 milyard 471.6 milyon manat depoziti olub. İyun ayının sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 162,2 milyon manat azalıb.

Azərbaycanca

Dövriyyədə olan ödəniş kartlarının sayı 7 milyon 132 min ədədə çatıb

2019-cu ilin iyul ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 121 min ədəd artaraq 7 milyon 132 min ədəd olub. Mərkəzi Bankın məlumatına əsasən, bunun tərkibinə daxil olan əməkhaqqı, sosial və digər kartların sayında iyun ayına nisbətən artım qeydə alınıb. Əgər iyunda əməkhaqqı kartlarının sayı 2 milyon 146 min olmuşdusa, iyulda bu göstərici 2 milyon 157 minə çatıb.

Azərbaycanca

Bank sektorunda xalis mənfəət 12 dəfədən çox artıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata görə, 2019-cu ilin 7 ayı ərzində bankların əməliyyat mənfəəti 472.4 milyon manat, xalis mənfəəti isə 406.2 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankların əməliyyat mənfəəti  367.2 milyon manat, xalis mənfəəti 32.3 milyon manat təşkil etmişdi. 

Azərbaycanca

Avro Zonasında inflyasiya sabit qalıb

Avro Zonasında inflyasiya avqustda bir əvvəlki ayla müqayisədə dəyişməyərək 1 faiz olub

Avropa Statistika Ofisi (Eurostat), Avro Bölgəsinin avqust ayı illik inflyasiyasına dairməlumatları dərc edib.

Azərbaycanca

Palata bank sektorunun yeni göstəricilərini açıqladı

31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090.0 mln. manat, cəmi öhdəlikləri isə 25,507.0 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,583.0 mln. manat olub.

Aktivlər

Azərbaycanca

Bütün tikinti növləri üzrə icazələr "Bir pəncərə" elektron sistemi əsasında veriləcək

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə icazələrin verilməsi ilə bağlı "Bir pəncərə" elektron sistemi tətbiq etməyi planlaşdırır". Bu fikirləri mətbuata açıqlamaslnda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində "Bir pəncərə" prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədilə təşkil olunmuş press-turda bildirib.

Azərbaycanca

Azərbaycan gələn il Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına başlayacaq

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2021-ci ildə başlayacaq. Bunu jurnalistlərə açıqlamasında zavodun modernizasiya və yenidən qurulması layihəsinin direktoru Nihal Allahverdiyev bildirib. Onun sözlərinə görə, Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalı zavodda aparılan modernizasiya və yenidənqurma işlərinin nəticəsində mümkün olacaq.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »