"Asiya İnkişaf Bankı (AİB) suvarma sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir".
Bu barədə AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib.
"Asiya İnkişaf Bankı (AİB) suvarma sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir".
Bu barədə AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib.
"ABŞ iqtisadiyyatı yaxşı vəziyyətdədir, sadəcə bəzi risklər var". Bunu ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel deyib. O, rəhbərlik etdiyi qurumun iqtisadiyyatda tənəzzül gözləmədiyini, bu ilin yekununda ABŞ-da ümumi daxili məhsulun ötən ilin yekunu ilə müqayisədə 2-2,5 faiz artacağını qeyd edib. C.Pauel həmçinin ticarət müharibələri ilə bağlı qeyri-müəyyənliyin işgüzar aktivliyə mənfi təsir göstərəcəyini vurğulayıb.
Azərbaycan sentyabrın 12-də Birləşmir Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq.
Bu barədə “Report”a Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
Sentyabrın 12-də Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında nazirlər ticarət müharibələrinin təsirini və 2020-ci il üçün proqnozu müzakirə edəcəklər.
Bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi zamanı bildirib.
Avqust ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 29 min barel azalaraq 749 min barel olub. Bunun 686 min barelini xam neft, 63 min barelini kondensat təşkil edib.
“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı olan “Foxconn Group” Jenqjou şəhərindəki ən iri iPhone fabrikinə çoxlu sayda müvəqqəti işçiləri, o cümlədən məktəblini qəbul edərək Çinin əmək qanunlarını pozub.
Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində 30 adda qeyri-ərzaq məhsullarının qiymətlərini araşdırılıb.
Belə ki, 6 sentyabr 2019-cu il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb.
Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.
Sentyabrın 9-da Azərbaycan Beynəlxalq Bankıilə “DAN.IT” təhsil mərkəzi arasında IBA Tech Akademiyasının fəaliyyətinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankı tərəfdən bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, “DAN.IT” mərkəzi tərəfdən isə mərkəzin təsisçilərindən Eddi Prilepski imza atıb.