Banco.az | Tezliklə

Yerli vergi və ödənişlər bank kartları ilə nağdsız qaydada aparıla bilər

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının inkişaf etdirilməsi ölkədə nağdsız ödənişlərin genişləndirilməsi üzrə görülən işlər içərisində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanca

Kreditə əlçatanlıq təkmilləşdirilir

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qurumun bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu "Kredit işi" Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda kreditləşmənin və kreditə əlçatanlığın təkmilləşdirilməsi məqsədilə banklardan toplanılan təkliflərə yenidən baxılıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Sonda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Azərbaycanca

Minimum əməkhaqqının artımı biznesi stimullaşdırmağa əlavə imkanlar yaradır

Məlumdur ki, dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqı bu il 2 dəfə artırılıb. Belə ki, minimum aylıq əməkhaqqının artırılması haqqında 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, bu il sentyabrın 1-dən minimal maaş məbləği 250 manat təşkil edəcək ki, bu da 38,8 faiz artım deməkdir.

Azərbaycanca

"Səudiyyə Ərəbistanı OPEC+ ilə bağlı siyasətini dəyişməyəcək"

"Səudiyyə Ərəbistanında yeni energetika, sənaye və mineral ehtiyatlar nazirinin təyin edilməsi ölkənin OPEC+ ilə bağlı siyasətinə təsir etməyəcək".

Bu barədə bazar ertəsi OPEC-in baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi çərçivəsində bildirib.

Azərbaycanca

Növbəti sosial evlər satışa çıxarılır

Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. MİDA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə (yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin edən vətəndaşlar), həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Azərbaycanca

AccessBank dövlət layihələrinə dəstək verməyə davam edir!

AccessBank və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Sənədi AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov və Dövlət Toxum Fondunun sədri Emin Əliyev imzalayıblar.

Azərbaycanca

Yeni ödəniş sisteminin tətbiqindən sonra plastik kartlara ehtiyac qalmayacaq

Gələn ildən etibarən Azərbaycanda Ani Ödəniş Sistemi tətbiq olunacaq. Sistemin tətbiqindən sonra artıq plastik kartların istifadəsinə ehtiyac olmayacaq. Belə ki, yeni sistem istifadəçilərə karta bağlı olan və olmayan cari hesabların mobil telefon üzərindən idarə etməsinə imkan yaradacaq. Ödəniş aparmaq üçün isə QR-kod və digər bir sıra üsullar təklif olunacaq.

Azərbaycanca

AccessBank tender elan edir

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

Bankın məlumatında deyilir ki, tender Palo Alto proqram təminatı üzrə dəstək və texniki xidməti ilə əlaqədar elan olunub.

Azərbaycanca

Vergi güzəştlərinin tətbiqi ölkədə kiçik və orta sahibkarlığın inkişafına mühüm təkan verib

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Azərbaycanca

Yeni qiymətləndirmə sistemi islahatların səmərəliliyini artıracaq

Kənd təsərrüfatında kreditlərlə bağlı risklərin yeni, innovasiyalı dəyərləndirmə mexanizmi sayəsində yerli banklar üçün fermerlərə və aqrar şirkətlərə kredit ayırmaqla bağlı daha geniş imkanlar açılır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »