Banco.az | Tezliklə

Azərbaycan qızıl və gümüş istehsalını artırıb

Bu ilin yanvar-avqust aylarında "AzerGold" QSC 34.678 unsiya qızıl istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz çoxdur. "AzerGold"dan verilən məlumata görə, hesabat dövründə QSC tərəfindən istehsal olunmuş gümüşün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 63.698 unsiyaya çatıb.

Vergiler.az

Azərbaycanca

ABŞ-da işçilərin maaşlarından tutulan verginin azaldılması müzakirə olunur

Hazırda ABŞ-da milyonlarla işçi yaşlılar üçün "Medicare" səhiyyə sığortası proqlarmını və təqaüdçülər üçün gəlir ödəmələrini təmin edən sosial təhlükəsizliyi maliyələşdirmək üçün maaşlarından vergi ödəyir.

Azərbaycanca

Sahibkarlara güzəştli kreditlər veriləcək

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılıb və onlara əlavə kredit limitlərinin ayrılması təmin edilib.

Azərbaycanca

Azərbaycanda kiçik və orta sahibkarlar arasında sorğu keçiriləcək

İpoteka və Kredit Zəmanət Fondunun sifarişi ilə kiçik və orta sahibkarlar arasında sorğu keçirilməsi gözlənilir. Məqsəd iş adamlarının maliyyə resurslarına və xidmətlərinə tələbini, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amilləri öyrənməkdir.
Bundan başqa, Fondun təşəbbüsü ilə daşınmaz əmlak bazarı iştirakçıları arasında da sorğu keçirilməsi, bazarda tələbin öyrənilməsi nəzərdə tutulub.

Azərbaycanca

Unibank təhsil işçiləri üçün kampaniyanın vaxtını uzadıb!

Bu həftənin sonunadək “Unibank”dan 20.000 manatadək nağd kredit götürən müəllimlər komissiya ödəməyəcək. Unibank sentyabrın 15-dək bütün təhsil işçiləri üçün nağd kreditləri 0%  komissiyalı edib. Bu kampaniyadan rəsmi gəliri 100 manat və yuxarı olan hər bir təhsil işçisi faydalana bilər.

 

Azərbaycanca

Əmək Məcəlləsinə yeni anlayış daxil ediləcək

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, layihədə Əmək Məcəlləsinə yeni anlayış - "Ailə vəzifələri olan işçi" əlavə edilməsi nəzərdə tutulur.

Azərbaycanca

İl ərzində 22 rayonda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkası təşkil edib. ƏƏSMN-dən verilən məlumata görə, may ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.

Azərbaycanca

İri dövlət şirkətlərinə dair vahid məlumat bazası yaradılacaq

Azərbaycanda "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sistemi yaradılacaq. Bu haqda məlumatlar Nazirlər Kabinetinin təsdiq etdiyi “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nda əksini tapıb.

Azərbaycanca

Əlilliyi olan şəxslərin iş yerlərinin standartları müəyyənləşdi

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib. “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »