“AzerGold” QSC-nin mətbuat katibi Əziz Xəlilov işdən çıxıb.
Məlumata görə, onun yerinə hələlik təyinat olmayıb. Qurumun sözçüsü vəzifəsinin funksiyalarını müvəqqəti olaraq İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sadıxova yerinə yetirir.
“AzerGold” QSC-nin mətbuat katibi Əziz Xəlilov işdən çıxıb.
Məlumata görə, onun yerinə hələlik təyinat olmayıb. Qurumun sözçüsü vəzifəsinin funksiyalarını müvəqqəti olaraq İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sadıxova yerinə yetirir.
Son vaxtlar vergi ödəyiciləri və mühasiblər pərakəndə və topdansatış ticarət fəaliyyətlərində vergi öhdəlikləri, uçot və hesabatlılıq məsələləri ilə bağlı bir sıra suallarla üzləşirlər. Sərbəst auditor Altay Cəfərov öz qeydlərində diqqəti topdansatış və pərakəndə ticarət fəaliyyəti üzrə tələblərə, bu sahədə vergi ödəyicilərinin öhdəliklərinə, həmin ticarət fəaliyyətlərində vergitutma baxımından diqqət yetirilməli olan məqamlara yönəldir.
Azərbaycan cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 15,8 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilir ki, respublikamız bu göstərici ilə qonşu ölkənin iqtisadiyyatına sərmayə qoyan xarici dövlətlər sırasında dördüncü yerdə qərarlaşıb.
Yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə elektron ödənişlərdə yeniliklərin müzakirəsi və Visa Token xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Bakı Fond Birjası fəaliyyəti çərçivəsində yerli kapital bazarlarını beynəlxalq səviyyədə təmsil edilməsinə, xarici ölkələrin qabaqcıl birjaları ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətləri ötən ilin eyni dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 3,3%, qeyri-ərzaq malları 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,7% bahalaşıb.
Artıq "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq ərəfəsindədir. Bu barədə məlumat verən Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır.
Azərbaycan Sahibkarlar Konfederasiyası sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi”layihəsi çərçivəsində12 aylıq subsidiya proqramına start verir.
Bu ilin ikinci rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 416 lari (140 dollar) təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.