Hər zaman müştərilərinin rahatlığını düşünən dövlət bankı Azər Türk Bank xidmət işinin keyfiyyətinin daha da artırılması istiqamətində növbəti yeniliyin tətbiqinə qərar vermişdir.
Azər Türk Bankın məlumat mərkəzi fasiləsiz iş rejiminə keçdi
Hər zaman müştərilərinin rahatlığını düşünən dövlət bankı Azər Türk Bank xidmət işinin keyfiyyətinin daha da artırılması istiqamətində növbəti yeniliyin tətbiqinə qərar vermişdir.
Məlumatı görə, bu “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
03 dekabr 2019-cu il tarixdə "TuranBank" ASC-nin səhmdarlarının nöbədənkənar iclası keçiriləcək.
İclas Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir.
"Australia & New Zealand Banking Group Ltd"nin öz modeli ilə hesablamalarına görə mövcud vəziyyətdə qızılın ədalətli dəyəri 1410 dollar/unsiya səviyyəsindədir.
Bu, bank tərəfindən yazılan bir hesabatda bildirilib.
Bu ilin sonunadək Azərbaycanın poçt rabitə operatoru olan “Azərpoçt” MMC təmassız kartlar emissiya edəcək.
Bu barədə müəssisədən bildirilib.
22 oktyabr 2019-cu il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər və tənəzzül ehtimalları müxtəlif şirkətlərin birləşməsi, satın alınması ilə bağlı sövdələşmələri azaldıb.
Məlumata görə, bu il sözügedən sövdələşmələrin ümumi dəyərinin 2,8 trilyon dollar, gələn il isə 2,1 trilyon dollar təşkil edəcəyi gözlənilir.
Bir ay ərzində cari və potensial mikromaliyyə müştərilərinin maliyyə savadlılığının artırılmasını nəzərdə tutmaqla artıq altıncı ildir ki, keçirilən DÜŞÜN, BORC AL! Kampaniyası bu il də oktyabr ayı boyunca davam edir.
Azərbaycan Aşqabadda keçirilən "Türkmənistan nefti və qazı-2019" beynəlxalq sərgi və konfransında iştirak edir.
"Turkmenneft" dövlət konserninin təşkil etdiyi sərgi-konfrans bu gün başlayıb.
İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq.
Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.