“Facebook” şirkəti ona məxsus olan “İnstagram” sosial şəbəkəsinin istifadəçilərinə aid şəxsi məlumatların sızdırılmasına dair araşdırmalara başlayıb.
“Facebook”un sözçüsü Stefani Otvey keçən həftə başlayan araşdırmalar zamanı hələlik fərdi məlumatlara müdaxilələrə dair tutarlı dəlillərin ortaya çıxmadığını qeyd edib.
